Adamlar: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 9:
* Adamların bəzisi faydalı xörək kimidir, bəzisi isə öldürücü zəhər kimi.[[Ərəb atalar sözləri]]
* Adətən, bizə bənzəyən hər şeyə nifrət edərik, öz qüsurlarımızı başqasında görəndə qəzəb bürüyür içimizi. Hələ qüsurlarını saflıqla deyildiyi yaşı ötmüş və məsələn ən kritik anlarda belə buz kimi bir sifət almağa vərdiş etmiş biri, özündən daha gənc və daha saf, daha axmaq biri eyni qüsurları sərgiləyəndə əməlli-başlı lənətləyər onu. Bəzi həssas adamların gizlədib axıtmadıqları göz yaşlarını bir başqasında görməyə səbrləri çatmaz. Ailələrdə, məhəbbətin olmasına baxmayaraq bəzən məhəbbət nə qədər çoxdursa, bir o qədər artan anlaşılmazlıqların səbəbi də bu aşırı bənzərlikdir. [[Marsel Prust]]
* Ağıllı adamlar kin bəsləməzlər. [[Qətran Təbrizi]]
* Ağıllı adamlar kin və ədavəti alovlandırmır, onu boğub məhv etməyi üstün tuturlar. [[Kəlilə və Dimnə]]
* Ağıllı adamlar öyrənmək üçün, cılız adamlar özlərini tanıtdırmaq üçün oxuyurlar. [[Hind atalar sözləri]]