Perspektiv: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 2:
== A ==
* Azadlıq ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik. Qoy insanlar, hətta müəllimlər belə fərqli rəy söyləsinlər və müzakirələr aparsınlar; belə müxtəlif fikirlər inamın nisbi olduğunu üzə çıxaracaq, belə halda silaha əl atmaq o qədər də vacib olmayacaqdır; nifrət və müharibə kənardan güclə boynuna qoyulan ideyalardan və doqmatik inamdan irəli gəlir. Təfəkkür və nitq azadlığı "müasir" ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər təhsilli deyilik; biz ümumi təhsilin böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki, bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin. Biz müəyyən təchizat yaradırıq, amma bu metodlarda və texniki qaydalarda çox primitivik; biz təhsil haqqında belə düşünürük ki, bu, müəyyən biliklərin ötürülməsidir, əslində isə o, zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. Nadan insanın fərqli əlaməti ondadır ki, onun fikirləri tələsikdir və şərtsizdir. [[Bertran Rassel]]
== Ə ==
* Əfsanələr əfsanə kimi, Dev Malay hekayələri isə Dev Malay hekayələri kimi oxunmalı və öyrədilməlidir. Həm də möcüzələrə şairlərin təxəyyülünün uçuşundan, mübaliğəsindən artıq əhəmiyyət verilməməlidir. Yalan hekayələri, mövhumatları həqiqət kimi təqdim etmək və öyrətmək üzücüdür. Günahsız bir uşaq ağlı bu mifləri, xurafatları, poetik təxəyyülün uçuşlarını reallıq kimi qəbul edir. Sonra çarəsiz ruhi sarsıntılar, çaşqınlıqlar və ya faciələrdən keçdikdən sonra bu xurafatların gerçəkliyi ona məlum olur. Fakt budur ki, insanlar mövhumatları həqiqət kimi müdafiə edirlər. Hər bir xurafat anlaşılmaz olduğundan, yəni hisslərlə təsdiq və ya təkzib oluna bildiyi üçün onu təkzib etmək asan deyil. Xurafatdan fərqli olaraq, həqiqət perspektivdir və dəyişdirilə bilər. [[Hipatia]]
 
== P ==
* Perspektiv - ondan istifadə edin və ya ondan üz çevirin. [[İlluziya (Riçard Bax)]]