Ceyms Allen: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 13:
== G ==
* Güclü, sakit insan həmişə sevilir və hörmət edilir. O, susuz ölkədə kölgə salan ağaca, tufanda sığınacaq daşına bənzəyir. "Rahat qəlbi, şirin xasiyyətli, balanslı həyatı kim sevməz? Yağış yağsa da, yağmasa da, bu nemətlərə sahib olanlarda hansı dəyişikliklərin olmasının fərqi yoxdur, çünki onlar həmişə şirin, və sakitdirlər. Sakitlik dediyimiz xasiyyət nizamlı mədəniyyətin son dərsi, ruhun bəhrəsidir. O, müdriklik qədər qiymətlidir, qızıldan, bəli, hətta zərif qızıldan da arzuolunandır. Sakit həyat - Həqiqət okeanında, dalğaların altında, tufanların əli çatmayan, əbədi sakitlikdə yaşayan bir həyat!
 
== İ ==
* İnsan əşyaya və başqa insanlara qarşı düşüncələrini dəyişdikcə əşyalar və başqa insanlar da ona qarşı hallarını dəyişdirdiyini görəcək. İnsan düşüncələrini köklü bir surətdə dəyişdirərsə, həyatın maddi şərtlərində də neçə tez bir dəyişiklik etdiyini görərək məəttəl qalacaq. Gələcəyimizi formalaşdıran güc öz içimizdədir. İnsan ancaq düşüncələrini yüksəltməklə yüksəlir, qalib olur, uğura nail olur. Lakin düşüncələrini yüksəltmək istəməzsə, zəif, düşkün və səfil qalar. <ref>Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014. səh.112</ref>
* İnsan həyatını idarə edən həqiqəti axtarmağa başlamaq üçün sızlamağı, söyməyi dayandırdıqda insan olmağa başlayır.
* İnsan o dərəcədə sakitləşir ki, özünü təkamül yolu ilə təfəkkür edən varlıq kimi başa düşsün, çünki belə bilik başqalarının düşüncənin nəticəsi kimi dərk edilməsini zəruri edir və o, düzgün dərk etdikcə, əşyaların daxili münasibətlərini getdikcə daha aydın görür. Səbəb-nəticənin hərəkəti ilə o, təlaşa və tüstülənməyə, narahatlığa və kədərlənməyə son qoyur və təmkinli, möhkəm, sakit qalır.
 
== Q ==
* Qəlbində gözəl baxışı, uca idealı əzizləyən, bir gün onu dərk edər.
Sətir 26 ⟶ 24:
* Sakit insan, özünü idarə etməyi öyrənərək, özünü başqalarına necə uyğunlaşdırmağı bilir; onlar da öz növbəsində onun mənəvi gücünə pərəstiş edirlər və hiss edirlər ki, ondan öyrənə və ona arxalana bilərlər. İnsan nə qədər sakit olarsa, onun uğuru, təsiri, xeyir üçün gücü bir o qədər böyük olar.
* Sən düşündüyün kimisən.
 
== İstinadlar ==
[[Kateqoriya:Əlifba sırasına görə şəxslər]]
[[Kateqoriya:Yazıçılar]]
[[Kateqoriya:Şairlər]]