Rene Dekart: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 1:
[[Şəkil:Frans_Hals_-_Portret_van_René_Descartes.jpg|thumb|250px|Rene Dekart]]
[[FileŞəkil:Principia philosophiae.tif|thumb|''Principia philosophiae'', 1685]]
Dekart Rene (1596-1650) - Fransız filosofu, riyaziyyatçısı və alimi
{{ABC}}
Sətir 12:
* Ağlın nəsihət etdiyi hər şeyi ehtirasa qapılmadan yerinə yetirmək üçün möhkəm bir dayanıqlılıq lazımdır.
* Ağlınızın düzgün işləməsini istəyirsinizsə, bədəninizi müşahidə edin.
 
== B ==
* Başqa əsrlərin yazıçıları ilə söhbət etmək, səyahət etməyə bərabərdir.
Sətir 18 ⟶ 17:
* Başqalarını pisləmək üçün edilən qeybətdən alınan zövq başqalarını alçaltdığımız ölçüdə özünüzü ucaltdığımızı sanmaqdır.
* Böyük insanlar belə hesab edirlər ki, qüsurlara, bu qüsuru daşıyanlara nifrət edib və onlara acıyan, amma fəlakətə mətinliklə dözə bilməyənlərin qorxaqlığından pis şey yoxdur.
 
== D ==
* Dəyərli kitabları oxuyan dəyərli insanlarla görüşmüş kimi olur.
* Dünyada ən ədalətli yayılmış şeylərdən biri sağlam düşüncədir. Hər kəs özünü o dərəcədə sağlam düşüncəli hesab edir ki, malik olduqları sağlam düşüncədən artıq düşüncəyə malik olmağa can atmırlar.
* Düşünürəm, demək yaşayıram.
 
== E ==
* Ehtiram- bu, ruhun hörmət predmetinin hörmətini qazanmaq meyilliyi yox, eyni zamanda məlum həyəcanla ona tabe olma, onun iltifatını qazanmaq istəyidir.
Sətir 29 ⟶ 26:
* Elə bir şey yoxdur ki, əldə edilməsi, elə bir sirr yoxdur ki, açılması mümkün olmasın.
* Elmi məşğələlərin məqsədi ağılı elə bir istiqamətə yönəltməkdir ki, o, rast gəlinən bütün şeylər barəsində möhkəm və həqiqi mülahizələrə malik olsun.
 
== Ə ==
* Əhəmiyyətli olan ağıllı olmaq deyil, ağılı yerində və zamanında istifadə etməkdir.
Sətir 41 ⟶ 37:
* Əgər tale layiq olmayanı nemətlərlə mükafatlandırırsa və biz ədaləti sevərək bu bölgü zamanı ədalətin pozulmasına qəzəblənir və bizdə həsəd hissi oyanırsa, bu həsədi bağışlamaq olar.
* Əsas olan ağıllı olmaq deyil, ağlı yerində və zamanında işlədə bilməkdir.
 
== F ==
* Fəlsəfə bir elmdir və həndəsi üsulu metafizikaya tətbiq etmək lazımdır, fəlsəfəni qəti bir elm etmək üçün.
 
== G ==
* Geniş ağıla, güclü təxəyyülə və fəal ruha malik insan dahidir.
* Güclü xarakterə malik və geniş qəlbli insanlar əhval-ruhiyələrini öz xoşbəxtliklərinə, yaxud bədbəxtliklərinə görə dəyişmirlər.
 
== H ==
* Həqiqəti söyləyirəm deyə çığır-bağır salmaqdansa, susmaq yaxşıdır. <ref>Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.403.</ref>
Sətir 57 ⟶ 50:
* Həsəd qədər insanların xoşbəxtliyinə zərər verəcək qüsurdan başqa bir qüsur yoxdur. Çünki, ona yoluxanlar nəinki özlərini məyus edir, eləcə də başqalarının sevincini korlayırlar.
* Hətta ən ümidsiz insanda da bir ümid qığılcımı közərməkdədir.
 
== İ ==
* İlk növbədə, fəlsəfənin nə olduğunu öyrənmək istərdim... “Fəlsəfə” sözü müdrikliyin məşğuliyyəti deməkdir və müdriklik dedikdə təkcə işdə ehtiyatlılıq deyil, həm də insanın bacara biləcəyi hər şeyi mükəmməl bilməyi nəzərdə tutulur. Həyatın özünü istiqamətləndirən, sağlamlığın qorunmasına xidmət edən, eləcə də bütün elmlərdə kəşflərə istiqamətləndirən bilikdir."
Sətir 63 ⟶ 55:
* İnsanların həqiqətən nə düşündüyünü başa düşmək üçün dediklərinə deyil, etdiklərinə baxın.
* İntuisiya təsəvvürün zehnidir.
 
== K ==
* Kitablar sizi əsrlər əvvəl dünyadan köçmüş dahilərlə görüşdürür.
 
== Q ==
* Qərarsızlıq təəssüf və peşmançılıqlarımızın yeganə səbəbidir.
Sətir 74 ⟶ 64:
* Qorxaqlığın ən böyük zərəri iradəni səmərəli fəaliyyətdən saxlamasıdır.
* Qorxu, ruha arzunun yerinə yetməyəcəyini inandıran meyillilikdir.
 
== M ==
* Mən düşünürəm, deməli mən varam, mən mövcudam.
Sətir 82 ⟶ 71:
* Müdriklik yalnız bütün işlərdə ağıllı olmaqdan ibarət yox, həmçinin insanın dərk edə biləcəyi şeylər barəsində mükəmməl biliyə malik olmaqdır.
* Mütaliə insanı bəd əməllərdən saxlayır və onu yaxın-uzaq keçmişlərə aparır.
 
== N ==
* Nail ola bilməyəcəyin şeyi arzulama. Sənin ən böyük sərvətin azadlığındır.Azadlığın səni gözəl, zəngin, hörmətli, güclü və xoşbəxt yox, yalnız azad edə bilər. O, səni şeylərin yox, sənin özünün ağası edir.
Sətir 88 ⟶ 76:
* Nəsihət verməyi öhdəsinə götürən nəsihət verdiyindən mahir olmalıdır. Azacıq səhv məzəmmətlənir.
* Nizam-intizam fikri azad edir.
 
== Ö ==
* Özbaşına insan güclü istəyə, zəif iradəyə malik olan insandır.
* Özünü dərk etməkdən səmərəli məşğuliyyət yoxdur.
* Özünün təbii ağlına güvənən yalnız qədim kitablara inananlardan daha düzgün mühakimə edəcək.
 
== S ==
* Sağlam düşüncəyə malik olmaq kifayət deyil, ondan bacarıqla istifadə etmək vacibdir.
Sətir 117 ⟶ 103:
* Ümid, ruhun arzu olunan şeyin həyata keçəcəyi barədə özünü inandırmaq cəhdidir. Qorxu isə bu arzunun həyata keçməyəcəyi barədə ruhun özünü inandırmaq meyilliliyidir.
* Ümidsizlik, ümidsiz qorxudur.
 
== Y ==
* Yaddaş çoxlu faktlarla yükləndikcə, dahi və onun yaradıcılıq qabiliyyəti zəifləyir və sönür.
Sətir 124 ⟶ 109:
* Yaxşı kitabları oxumaq keçmiş dövrün ən yaxşı adamları ilə söhbət etmək kimidir. Bu, keşmiş adamların ən yaxşı fikirlərini çatdırdıqları bir söhbətdir.
* Yalnız o şeyi həqiqi hesab etmək lazımdır ki, o, tamamilə açıq və aydın təsəvvür olunur.
 
== Z ==
* Zehni mükəmmələşdirmək üçün əzbərçilik yox, çox düşünmək lazımdır.
== Mənbə ==
* Aforizmlər və hikmətli sözlər. Bakı, 2005
 
== İstinadlar ==
[[Kateqoriya:Əlifba sırasına görə şəxslər]]
[[Kateqoriya:Filosoflar]]
[[Kateqoriya:Riyaziyyatçılar]]