"Jan de Labrüyer" səhifəsinin versiyaları arasındakı fərqlər

15 bayt çıxarıldı ,  1 ay öncə
k
redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
kRedaktənin izahı yoxdur
[[ImageŞəkil:Jean de La Bruyère.jpg|thumb]]
 
'''Jan de Labrüyer''' - (Fransız dilində: Jean de La Bruyère); 16 avqust 1645, Paris, Fransa — 10 may 1696, Versal, Fransa) - Fransız yazıçısı və filosofu
{{ABC}}
* Ağıllı adamlara gülmək axmaqlara xas olan imtiyazdır. Kral sarayında bu cür imtiyaza təlxəklər malik idi.
* Ancaq o adamlar həqiqi dost ola bilərlər ki, kiçik çatışmazlıqları bağışlaya bilsinlər.
 
== B ==
* Bəzi adamlarda əzəməti təkəbbür, möhkəmliyi zalımlıq, ağlı isə hiyləgərlik əvəz edir.
* bir müddət siyasi intiriqa ilə məşğul olan şəxs daha onsuz yaşaya bilmir: qalan bütün şeylər onun üçün maraqsız görünür.
* Biri ölüb biri ölməsəydi, ölmək çox acı olardı.
 
== C ==
* Can sıxıntısı dünyaya tənbəlliklə birllikdə gəlmişdir.
* Cəzalandırılmış cinayətkar bütün canilər üçün ibrət dərsidir, günahsız məhkum edilmiş şəxs isə bütün namuslu adamlar üçün vicdan tənəsidir.
* Comərdlik çox verməkdən savayı, yerində və zamanında verməkdir.
 
== D ==
* Despotun subyektlərinin vətəni yoxdur. Bu barədə düşüncə, özünəinam hissi, məğrurluq, köləlik.
* Dostluğun birinci şərti etibardır.<ref>Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.79</ref>
* Dünyada gözəl sifətdən gözəl mənzərə və sevilən səsdən gözəl musiqi yoxdur.
 
== E ==
* [[Elm]] həyatı öyrənməyə kömək edir, amma yaxşı yaşaya bilmək ayrı hikmətdir.
 
== Ə ==
* Əgər qadın tənbəldirsə, onun bu mərəzini yalnız sevgi sağalda bilər.
 
== H ==
* Həya hissini ititrmiş qorxaq adam istənilən rəzilliyi etməyə qadirdir.
== X ==
* Xalq təlatümə gələndə heç kəs deyə bilməz ki, əmin-amanlığı necə bərpa etmək olar; xalq dinc olanda, heç kəs bilmir ki, onun bu dincliyini nə poza bilər.<ref>Xəzinə.Bakı,1997. səh.150</ref>
 
== İ ==
* İnsan öz-özündən həya edə bilsəydi, təkcə gizli qalmış yox, hətta hər kəsin içində açıq şəkildə törədilmiş nə qədər cinayət törədilməmiş olardı.
* İstər dostla, istərsə də düşmənlə münasibətdə ehtiyatlı ol.
* İşgüzar qadın tənbəlləşdikdə bu, onun sevməyinə işarədir.
 
== K ==
* [[Kişi]] özgəsinin sirrini öz sirrindən yaxşı saxlayır, qadın isə yalnız öz sirrini saxlaya bilir.
* Kömək edəcəyin adama heç nə demədən yardım göstər.
* Kübar və zəngin qadınlar üçün bağban yalnız bağban, bənna isə yalnız bənnadır. Nisbətən yoxsul və sadə yaşayan qadınlar üçün isə bağban da, bənna da əsl kişilərdilər.
 
== Q ==
* Qadın ürəyi elə bir uçurumdur ki, onun dərinliyini ölçmək qeyri-mümkündür.
* Qaynata öz kürəkənini istəmir, lakin gəlinini çox istəyir: qaynana öz kürəkənini çox istəyir, lakin gəlinini istəmir, dünyada hər şey tənzimlənir.
* Qəhrəmanların həyatı tarixi zənginləşdirdi, tarix isə qəhrəmanların şücaətlərini bəzədi.
 
== L ==
* Lüzumsuz təvazökarlıq lovğalığın bir növüdür.
== N ==
* Nəfsinin müəllimi, vicdanının şagirdi ol.
 
== Ö ==
* Ölüm bir dəfə gəlir, amma biz onu ömrü boyu gözləyirik: ölüm qorxusu ölümün özündən də əzablıdır.
* Özünə qarşı səhlənkarlıq və güzəşt , başqalarına qarşı amansızlıq və günahın ayrı-ayrı tərəfləridi.
 
== P ==
* Pis adamlar səninlə xeyir işlərdə deyil, şər işlərdə ünsiyyətə girirlər.
* Pis adamlarla oturub-durmayın, onlar sizi peşman etməsələr də, xoşbəxt də edə bilməzlər.<ref>Buludxan Xəlilov. Dil-söz çələngi. Bakı, “Elm-təhsil” nəşriyyatı, 2012,</ref>
 
== S ==
* Sevdiyin adamın həsrətini çəkmək nifrət etdiyin adamla yaşamaqdan qat-qat asandır.
* Tarixi yaratmaqda bütün insanlar iştirak edir, deməli bizim hər birimiz lap cüzi miqdarda olsa datarixin gözəlliyinə kömək etməyə, onun eybəcərləşdirilməsinə imkan verməməyə borcluyuq.
* Tərəzinin bir gözünə anamı, digər gözünə dünyanı qoysalar da, anamın olduğu tərəf ağır gələr.
 
== U ==
* Uğur qazanmaq üçün ya ağıllı olmalısan, ya da başqalarının axmaqlığından bəhrələnməyi bacarmalısan.
* Uğur qazanmağın ən qısa və ən yaxşı yolu - insanlara başa düşməyə şərait yaratmaqdır ki, sizin irəliləyişinizə kömək etmək elə onların özlərinin maraqlarına uyğundur.<ref>Robert Qrin. Hakimiyyətin 48 qanunu.Bakı,2014. səh.79</ref>
 
== Ü ==
* Üç adama həqiqətən də yazıq demək olar: nadanın əlinə düşmüş bilikli adama, miskinə möhtac olmuş güclü adama, xəsislə dostluq etməyə məhkum olmuş səxavətli adama.
 
== V ==
* Vaxtdan istifadə edə bilməyən adam həmişə onun yel kimi uçmasından gileylənir.