Eyni: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 13:
* Birliyinizdə boşluqlar olsun, aranızda göylərin küləkləri rəqs etsin. Bir-birinizi sevin, amma sevgi bağı yaratmayın: Qoy ruhlarınızın sahilləri arasında hərəkət edən bir dəniz olsun. Bir-birinizin stəkanını doldurun, amma bir fincandan içməyin. Çörəyinizdən bir-birinizə verin, amma eyni çörəkdən yeməyin. Birlikdə oxuyun, rəqs edin və şən olun, ancaq hər biriniz tək qalın, Eyni musiqi ilə titrəsələr də, lavtanın simləri tək olduğu kimi. Ürəklərinizi verin, ammaözünüzü bir-birinizin ixtiyarına verməyin. Çünki yalnız Həyatın əli ürəklərinizi saxlaya bilər. Bir yerdə durun, amma çox da yaxın olmasın: Çünki məbədin sütunları bir-birindən ayrıdır, Palıd ağacı ilə sərv bir-birinin kölgəsində bitmir. [[Cübran Xəlil Cübran]]
* Bir insan təxəyyülünün — əgər onu əvvəlcə təxəyyülü tanıyıbsa — bu qadınınkı kimi, balaca bir çöhrənin arxasına nələr sığışdıra biləcəyini anlayırdım; halbuki əksini də görürdüm: adi bir formada tanış olunubsa, bunca təxəyyül dolu varlığın maddi, hər cür dəyərdən yoxsul, səfil ünsürlərə parçalandığını da görürdüm. Mən, mənə görə, fahişəxanada iyirmi frankdan artıq dəyərə sahib olan, məndən isə sadəcə iyirmi frank qazanmaq istəyən bu qadın adlanan məxluqun, əgər başlanğıcda sirli, marağa səbəb olacaq, qavranılması, əldə edilməsi qəliz bir varlıq kimi xəyal edilsə, bir milyon frankdan artıq, qibtə ediləcək bütün mövqelərdən yüksək, hətta ailə sevgisindən də artıq dəyəri ola biləcəyini anlayırdım. Şübhəsiz, Robertlə mən eyni uzun çöhrəni görürdük. Amma bu çöhrəyə əsla kəsişməyəcək iki əks yoldan çatmışdıq və əsla eyni üzü görməyəcəkdik. [[Marsel Prust]]
* Bir insanla barışmaq və onunla kəsilmiş münasibətləri bərpa etmək, ilk fürsətdə eyni şeyi etdikdə tövbə etməli olduğu bir zəiflikdir, bu da ayrılmaya səbəb oldu. [[Artur Şopenhauer]]
* Bütün bədbəxtliklər qardaşdır; eyni dildə danışarlar. [[Onore de Balzak]]