Eyni: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 36:
* Eyni zamanda doğulmuşlar nə eyni təbiətə, nə də eyni həyata malik olurlar.[[Mark Tulli Siseron]]
== Ə ==
* Əgər din və dinə aid olan hər bir şeyi Avropa sivilizasiyasından çıxarıb atmaq istəyirsinizsə, bunu ancaq başqa təlimlər vasitəsilə edə bilərsiniz. Bu təlimlər lazım gələndə özlərini müdafiə edə bilmək üçün dini təlimlərlə eyni psixoloji xüsusiyyətlərə malik olmalıdır. Eynilə dini təlimlər kimi müqəddəs, amansız və ciddi olmalı və həmçinin insan zehninə qandal vurmalıdır. Təhsilin zərurətlərini yerinə yetirmək üçün bu cür sistemə malik olmalıyıq; çünki təhsil vacibdir. [[Ziqmund Freyd]]
* Əgər siz gününüzə kofeinsiz başlayırsınızsa, həmişə şən olursunuzsa, ağrılara, nasazlıqlara məhəl qoymursunuzsa, öz problemlərinizlə insanları narahat etmirsinizsə, şikayət etmirsinizsə, hər gün eyni yeməyi yeyirsinizsə və buna görə minnətdarsınızsa, sevdiyiniz insanın sizə baxmağa vaxtı olmayanda onu başa düşürsünüzsə, sizin heç bir günahınız olmadığı halda sevdiyiniz insanın ittihamlarını qulaqardına vura bilirsinizsə, tənqidi sakit qəbul edə bilirsinizsə, kasıb dostunuzla, zəngin dostunuzla eyni cür rəftar edirsinizsə, yalandan və aldatmadan uzaq dura bilirsinizsə, stresslə dərmansız mübarizə apara bilirsinizsə, özünüzü içkisiz yaxşı hiss edirsinizsə, dərmansız yuxuya gedə bilirsinizsə, səmimi olaraq dəri rənginə, dini inanclara, cinsi oriyentasiyaya və siyasətə qarşı qərəziniz olmadığını söyləyirsinizsə, deməli siz itinizin inkişaf səviyyəsinə çatmışınız. [[Uinston Çörçill]]
* Ən yüksək ad müəllimlikdir. Müəllimlik sənəti şərəfli bir sənətdir. Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. [[Heydər Əliyev]]