Eyni: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 17:
* Bir insan təxəyyülünün — əgər onu əvvəlcə təxəyyülü tanıyıbsa — bu qadınınkı kimi, balaca bir çöhrənin arxasına nələr sığışdıra biləcəyini anlayırdım; halbuki əksini də görürdüm: adi bir formada tanış olunubsa, bunca təxəyyül dolu varlığın maddi, hər cür dəyərdən yoxsul, səfil ünsürlərə parçalandığını da görürdüm. Mən, mənə görə, fahişəxanada iyirmi frankdan artıq dəyərə sahib olan, məndən isə sadəcə iyirmi frank qazanmaq istəyən bu qadın adlanan məxluqun, əgər başlanğıcda sirli, marağa səbəb olacaq, qavranılması, əldə edilməsi qəliz bir varlıq kimi xəyal edilsə, bir milyon frankdan artıq, qibtə ediləcək bütün mövqelərdən yüksək, hətta ailə sevgisindən də artıq dəyəri ola biləcəyini anlayırdım. Şübhəsiz, Robertlə mən eyni uzun çöhrəni görürdük. Amma bu çöhrəyə əsla kəsişməyəcək iki əks yoldan çatmışdıq və əsla eyni üzü görməyəcəkdik. [[Marsel Prust]]
* Bir insanla barışmaq və onunla kəsilmiş münasibətləri bərpa etmək, ilk fürsətdə eyni şeyi etdikdə tövbə etməli olduğu bir zəiflikdir, bu da ayrılmaya səbəb oldu. [[Artur Şopenhauer]]
* Bir qadına zaman-zaman öz fikirlərini dəyişdirmək lazımdır. Onlar eyni yemək masasından, əl-üz yuyandan, tikiş maşınından bezirlər. Onlara, heç olmasa, hər hansı bir müxtəliflik verin - bir az səyahət, bir az istirahət, bir az ev təsərrüfatının faciələri ilə qarışıq axmaqlıq, ailə səhnəsindən sonra bir qədər nəvaziş, bir az da həyəcan.Sizi əmin edirəm ki, belə olsa, hər iki tərəf məmnun qalacaq. [[O.Henri]]
* Bizim haqqımızda nə qədər çox danışırlarsa, istəyirik ki, daha çox danışsınlar. Ölümə məhkum edilmiş qatilə qəzetlərdə məhkəmə prosesinin hesabatını oxumağa icazə verilir. Əgər məlum olsa ki, hansısa qəzet onun işinə az yer verib, o çox qəzəblənər... Bu, siyasətçilərə və ədəbiyyatçılara da eyni cür aiddir. [[Mark Tven]]
* Bütün bədbəxtliklər qardaşdır; eyni dildə danışarlar. [[Onore de Balzak]]