Eyni: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
 
Sətir 42:
== Ə ==
* Əgər din və dinə aid olan hər bir şeyi Avropa sivilizasiyasından çıxarıb atmaq istəyirsinizsə, bunu ancaq başqa təlimlər vasitəsilə edə bilərsiniz. Bu təlimlər lazım gələndə özlərini müdafiə edə bilmək üçün dini təlimlərlə eyni psixoloji xüsusiyyətlərə malik olmalıdır. Eynilə dini təlimlər kimi müqəddəs, amansız və ciddi olmalı və həmçinin insan zehninə qandal vurmalıdır. Təhsilin zərurətlərini yerinə yetirmək üçün bu cür sistemə malik olmalıyıq; çünki təhsil vacibdir. [[Ziqmund Freyd]]
* Əgər fəzilətə görə idarə, mərasimə görə hərəkət edilərsə, xalq nəinki utanacaq, eyni zamanda itaət göstərməyə hazır olacaq. [[Konfutsi]]
* Əgər iki dost sizdən xahiş etsə ki, onların münaqişəsini həll edəsiniz, razılaşmayın, bu halda siz bir dost qazanmaq şansını əldən verəcəksiniz. Amma iki yad adam eyni xahişi sizdən etsə, razılaşın, bu halda yeni dost qazanacaqsınız. [[Müqəddəs Oqastin]]
* Əgər siz gününüzə kofeinsiz başlayırsınızsa, həmişə şən olursunuzsa, ağrılara, nasazlıqlara məhəl qoymursunuzsa, öz problemlərinizlə insanları narahat etmirsinizsə, şikayət etmirsinizsə, hər gün eyni yeməyi yeyirsinizsə və buna görə minnətdarsınızsa, sevdiyiniz insanın sizə baxmağa vaxtı olmayanda onu başa düşürsünüzsə, sizin heç bir günahınız olmadığı halda sevdiyiniz insanın ittihamlarını qulaqardına vura bilirsinizsə, tənqidi sakit qəbul edə bilirsinizsə, kasıb dostunuzla, zəngin dostunuzla eyni cür rəftar edirsinizsə, yalandan və aldatmadan uzaq dura bilirsinizsə, stresslə dərmansız mübarizə apara bilirsinizsə, özünüzü içkisiz yaxşı hiss edirsinizsə, dərmansız yuxuya gedə bilirsinizsə, səmimi olaraq dəri rənginə, dini inanclara, cinsi oriyentasiyaya və siyasətə qarşı qərəziniz olmadığını söyləyirsinizsə, deməli siz itinizin inkişaf səviyyəsinə çatmışınız. [[Uinston Çörçill]]