Hüdud: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 4:
* Bilavasitə dərk edilən, dərinin hüdudları və ya daha dəqiq serebral əsəb sistemindən çıxan ən qıraq sonluqlarla ilə məhdudlaşır. Bu hüdudların kənarında yerləşən dünya barədə yalnız bizim beynimizdə əks olunan simalar vasitəsilə bilirik. Sual ondadır ki, bu simalar bizdən asılı olmayan mövcud dünyaya uyğun gəlirmi və nə qədər uyğun gəlir. [[Artur Şopenhauer]]
* Biliyimizin hüdudu yoxdur, çünki dərketmə obyekti olan təbiət sonsuzdur. [[Blez Paskal]]
* Bizim kəndi hüdudları daxilində qalan rus millətinə qarşı ədavətimiz yoxdur. Biləkis ona bu xüsusda hər dürlü iyi təmənnilərdə bulunuruz. Fəqət bununla bərabər bizi istədiyimiz şəkildə həyatımızı qurtarmaqdan və mədəni həyatımıza istədiyimiz istiqaməti verməkdən mənilə, kəndi kərdunəsinə taxaraq, istismar və istila əməlində bulunan hər hanki rus imperializminə bütün varlığımızla düşmanız. Bunu biz bu imperializmin keçmişinə və halinə olduğu kibi, gələcəyinə də təşmil etməkdən zərrə qədər çəkinməyiz! Və əminiz ki, cahan əfkarı ümumiyyəsilə bərabər, tarix də Avstriya imperatorluğuna qarşı “ihanət”lə Rusiya cəbhəsinə iltica edən Çexoslavakları ittiham etmədiyi kibi, bizi də ittiham etməz! [[Məhəmməd Əmin Rəsulzadə]]
* Bu, əsl vulkandır, baxışları od saçır, sən şahmat taxtasında mövqe qurmağa macal tapmamış o, müxtəlif variantları yağdırmağa başlayır. Fantaziyasının hüdudu yoxdur, çox dərin hesablamalar aparmağı bacarır. Hətta ilk baxışda tamamilə ümidsiz vəziyyətlərdə də mübarizəni davam etdirmək üçün maraqlı və qeyri-standart imkanlar tapır.<ref name=vulkan>[http://azertag.az/xeber/Vuqar_Hesimov_heyatini_sahmatdan_ayri_tesevvur_etmirdi-62256 Vüqar Həşimov həyatını şahmatdan ayrı təsəvvür etmirdi]</ref> ([[Vüqar Həşimov]] haqqında) [[Vitali Tseşkovski]]