Adi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 27:
* Gözəl həyatınız olub, təhsiliniz var, mədənisiniz. Təəssüf edirəm ki, bizdən daha çox şey ala bilmədiniz, ancaq başa düşməlisiniz ki, hər şey keçmişdə daha pis idi. Mari-Klodla bu işə başlayanda Heylşemə bənzər bir yer sadəcə yox idi. Biz birinci idik – biz və Qlenmorqan-haus. Bir neçə ildən sonra Sonderz-trast da bizim cərgələrə qoşuldu. Ən əsası dünyaya göstərdik ki, şagirdlər humanist və sivil şəraitdə böyüyürlərsə, onlar da istənilən adi insan kimi həssas və ağıllı ola bilərlər. Bu vaxta qədər bütün klonlar ya da şagirdlər, sizi belə çağırmağa üstünlük verirdik, – yalnız təbabət üçün material kimi mövcud idi. [[İşiquro Kazuo]]
* Gözəl natiq o adamdır ki, adi şeyləri sadə, böyük şeyləri yüksək, orta şeyləri isə orta tərzdə ifadə edir. [[Mark Tulli Siseron]]
== İ ==
* İnsanlar nə üçün adi-gündəlik həyatda daha çox həqiqəti söyləyirlər? Ona görə yox ki, kimsə Allah deyilən bir qüvvə yalanı qadağan edir. Ona görə ki, əvvəlan bu daha asandır, ikincisi ona görə ki, yalan demək fantaziya, yaradıcılıq və yaddaş tələb edir. Bir də ona görə ki, adi münasibətlərdə sözün düzünü demək, birbaşa demək daha sərfəlidir: mən bunu istəyirəm mən bunu etmişəm və bu kimi; deməli, açıq istək və məqsəd, iradə yolu hiylə yoluna nisbətən daha etibarlı olur. Əgər bir uşaq ailədə başqa cür tərbiyə görürsə, o yalana alışır və istər-istəməz öz xeyrinə olanı deyir. Həqiqət duyğusu, yalana qarşı müqavimət onun üçün tamamilə yabançı və əlçatmaz bir şeyə çevrilir və o, günahsızcasına yalan danışmaqla ömür sürür. [[Fridrix Nitsşe]]
 
== K ==