Şahmat: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
kRedaktənin izahı yoxdur
 
Sətir 20:
* Şahmat haqqında deyirlər ki, həyat üçün çox uzundur, amma bu, şahmatın deyil, həyatın qüsurudur. İrninq Çernyov
* Şahmat həyat kimidir. Hər fiqurun öz funksiyası vardır. Bəziləri zəifdir, bəziləri isə güclü. Bəziləri oyunun əvvəlində işinə yarayar, bəziləri sonunda. Amma qazanmaq üçün hamısından istifadə etməlisən. Eynilə həyatda olduğu kimi, şahmatda da hesab tutulmaz. On fiqurunu itiribb, yenə də oyunda qalib ola bilərsən. [[Adam Faver]]
* Şahmat oyunu sadəcə boş bir əyləncə deyil; insan həyatında faydalı olan bir neçə çox qiymətli zehni keyfiyyətlər onun vasitəsilə əldə edilməli və gücləndirilməlidir ki, bütün hallarda hazır olan vərdişlərə çevrilsin, çünki həyat bir növ Şahmatdır və bizim tez-tez rastlaşacağımız məqamlar, mübarizə aparacağımız rəqiblər, çoxlu sayda yaxşı və pis hadisələr var. Biz onlarla qarşılaşmaq üçün hazır və ehtiyatlı olmalıyıq. Şahmat oynayaraq, biz nə öyrənə bilərik: 1-ci - bir az gələcəyə baxan və baş verə biləcək nəticələri nəzərə alan Uzaqgörmə... 2-ci - Şahmat taxtasını və ya hərəkət səhnəsini tədqiq edən Ehtiyatlılıq:— bir neçə Parçanın (variantın) əlaqəsi və onların vəziyyətləri; … 3-cü, Diqqət: hərəkətlərimizi çox tələsik etməməyək... [[Bencamin Franklin]]
* Şahmat taxtası dünyadır, fiqurlar kainatın fenomenləridir, oyun qaydaları isə Təbiət Qanunu adlandırdıqlarımızdır. Oyundakı rəqibimiz bizdən gizlənmişdir. Bilirik ki, onun oyunu daima düzgün, təmkinli və dəqiqdir. Və biz həmçinin onu da bilirik ki, o heç zaman səhvi bağışlamırvə səhlənkarlıq üçün güzəştə getmir. [[Tomas Henri Haksli]]
* Şahmat taxtası insan zehninin gimnastika zalıdır. Paskal