Nəsirəddin Tusi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 31:
**Birinci, mal verməlidir. İzzəti-nəfsi qorumaq, irz-namusu saxlamaq mal saxlamaqdan yaxşıdır; çox mal verib canını [[xilas]] edə bilirsə, o malı az hesab etmək lazımdır, maldan keçmək candan əl çəkməkdən [[ucuz]] olar.
**İkinci, qanıqaralıq salmaq, tündxasiyyətliliyə başlamaq, [[xəyanət]]ə [[səbəb]] olmamaq şərti ilə [[cinsi]] yaxınlıq etməməyə başlamaq lazımdır.
**Üçüncü, üstüörtülü [[kinayəlikinayə]]li sözlər demək, [[qoca]] [[arvad]]lara oxşadığını söyləmək, onda kin və [[nifrət]] oyandırmaq, başqa ərə getməyə rəğbət yaratmaq, gəzməyə getməyə, evdən uzaqlaşmağa vadar etmək lazımdır ki, bəlkə, birinə rast gəlib ayrılmağa razı ola, xülasə, qorxutmaq, şirnikdirmək və mümkün olan bütün vasitələrə əl atılmalıdır ki, başdan eləyə biləsən.
**Dördüncü, bütün bunlar bir [[nəticə]] vermədikdə, başqa [[əlac]] olmadıqda onu tərk edib uzaq bir səfərə getməlidir, lakin ona elə bir ağır [[şərait]] yaratmalıdır ki, o, ümidini itirib ayrılmağa məcbur olsun.
* Bir [[adam]] cavanlığın ilk çağlarında nəfsini [[şəhvət]]dən qoruya bilsə, [[qəzəb]]inin qarşısını ala bilsə, [[dil]]ini saxlaya bilsə, özünü ələ almağa [[adət]] etsə, belə adam üçün bu cür [[tərbiyə]] [[çətin]] olmaz, dəlilərin çənginə keçməkdən qorxmaz, [[nalayiq]] söz və söyüşlərə məhəl qoymaz, cürbəcür təhqiramiz tənələrə dözüb özündən çıxmaz, əksinə, belə danışıqlara gülər, onları [[zarafat]]a salıb üstündən keçər.