Axmaq: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 45:
* Axmağın min sözü, ağıllının bir sözünə dəyməz. [[Qırğız atalar sözləri]]
* Axmaqla yaxın dost olma. Öz etdiyini sənə gözəl göstərər, səni də özünə bənzətmək istər. [[Əli]]
* Axmaqlar ən çox müdriklikdən, vicdansızlar isə vicdandan dəm vururlar. [[Paul Ernest]]
* Axmaqlar öz təcrübələrindən öyrəndiklərini söyləyirlər, mən isə başqalarının təcrübəsindən öyrənməyə üstünlük verirəm.<ref>Robert Qrin. Hakimiyyətin 48 qanunu. Bakı,2014. səh.49</ref> [[Otto fon Bismark]]
* Axmaqlar, sərxoşlar və Amerika üçün xüsusi bir ilahi ədalət var. [[Otto fon Bismark]]
* Axmaqlar utancaq olmur, baxmayaraq ki, utancaqlıq axmaqlığın hər cür növünü qəbul edir. [[Jan Jak Russo]]
* Axmaqları xüsusi olaraq yetişdirmirlər, onlar özləri yetişir. [[Tomas Fuller]]
* Axmaqların davranışına nəzarət edin. [[Çanakya]]
* Axmaqlarla mübahisə etməyin. [[Çanakya]]
* Axmaqlıq kiçiklik deyil; axmağın da böyüyü-kiçiyi olur. [[Əbu Turxan]]
* Axtardığını bilməyən axmaq-tapdığını anlaya bilməz [[Klod Bernard]]
* Ağılla silahlandırılmış eqoizm onun özünə qarşı istiqmətləndirilmiş özünün axmaq nəticələrindən yaxa qurtarmağa çalışır. [[Artur Şopenhauer]]
* Ağıllı adam axmaqların əhatəsində olmasaydı, daha tez-tez çətin vəziyyətə düşərdi. [[Fransua de Laroşfuko]]
* Ağıllı adam səhvini düzəltməyə çalışar, axmaq isə axıracan öz səhvinin üstündə durar. [[Mark Tulli Siseron]]
* Ağıllı adam səhvini etiraf edər, axmaq isə etdiyi səhvi boynuna almaz. [[Mark Tulli Siseron]]
* Ağıllı adamlar söyləyəcək sözləri olduğu üçün, axmaqlar mütləq danışmaq məcburiyyətində olduqları üçün danışarlar. [[Platon]]
* Ağıllı adamlara gülmək axmaqlara verilmiş imtiyazdır. [[Sokrat]]
* Ağıllı axmaq, axmaq müdrikdən yaxşıdır. [[Uilyam Şekspir]]
* Ağıllı atını təriflər, yarımçıq arvadını, axmaq da öz-özünü. [[Başqırd atalar sözləri]]
Sətir 68 ⟶ 58:
* Ağıllı olub, axmaq görünmək qədər yaxşı bir şey yoxdur. [[Aqata Kristi]]
* Ağıllı üzündən bilinir, axmaq sözündən. [[Başqırd atalar sözləri]]
* Ağıllı və yetkin insanlar, ancaq əbədi olan dəyərlərdən və mənəviyyatdan həzz duyarlar. Axmaqlar şəhvət və digər hakimlərinin əsiridirlər. [[Cəmil Məric]]
* Ağıllılar həmişə şübhə içindəykən axmaqlar həyasızca özündən əmindir. [[Bertran Rassel]]
* Ağıllıya məsləhət verərkən təşəkkür edər, axmağa məsləhət verərkən gülməyi gələr. [[Başqırd atalar sözləri]]
* Allahın iradəsini pərgarla ölçmək istəyən riyaziyyatçı, həmçinin Zəbur kitabının köməyi ilə astronomiyanı və ya kimyanı dərk etməyin mümkün olduğunu düşünən ilahiyyatçı müəllim axmaqdır. [[Mixail Lomonosov]]
* Ateizm - ağıllı, xurafat isə axmaq adamların qüsurudur. [[Volter]]
 
== B ==
* Bacar axmaqla yola get, ağıllı özü səninlə yola gedər. [[Adıgey atalar sözləri]]
Sətir 80 ⟶ 67:
* Bir axmağı xidmət etməyə dəvət etməklə hökmdar üç böyük bəla tapacaq: pis bir nüfuz, var-dövləti itirmək və ölümdən sonra cəhənnəm. [[Çanakya/Hökmdar]]
* Birlikdə qardaş kimi yaşamağı öyrənməliyik, yoxsa birlikdə axmaq kimi öləcəyik. [[Martin Lüter Kinq]]
* Bütün qadınlar istəyirlər ki, yalnız onlarla məşğul olsunlar. Qadınlar böyük iş görən kişiyə qarşı üsyan edir və ona dözə bilmirlər. Ona görə də qadınlar axmaqları sevirlər. Çünki, axmaq adam öz vaxtını qadınlara sərf edib, yalnız onlarla məşğul olur və bununla xanımlarının sevimlisi olmalarını sübut edirlər. Əgər dahi insan qadına ürəyini, sərvətini verib, vaxtını isə sərf etməzsə, o zaman ən nəcib qadın belə kişinin onu sevdiyinə inanmayacaq. [[Onore de Balzak]]
== D ==
* Dünyanın müdrik insanları çoxdan belə bir qənaətə gəliblər ki, tənbəl insan, bir qayda olaraq qorxaq və iradəsizdir. İradəsiz insan isə qorxaq və lovğadır. Lovğa insan qorxaq, axmaq və cahildir. Axmağın, cahilin şərəf haqqında anlayışı yoxdur. Şərəfsiz isə tənbəldən dilənir, acgözdür, fərasətsizdir, ətrafdakılara yaxşlılıq arzu etmir. [[Abay Kunanbayev]]
Sətir 86 ⟶ 72:
* Evlilik institutunun nə qədər köhnə və axmaq olduğunu başa düşmək üçün hər kəs ən azı bir dəfə evlənməlidir. [[Madonna]]
* Ey axmaq başım! Mən səni hələ çoxmu boynumda gəzdirəcəyəm? [[Anton Çexov]]
 
== Ə ==
* Əgər insan özü kimisini, yaxud, özündən yaxşısını tapa bilməsə, qoy tənhalığa çəkilsin: axmaqla dostluq tutmaz. [[Qautama Budda]]
* Əgər siyasətə daxil oldunuzsa, pul haqqında unudun. Və yaxud tərsinə. Pulun siyasətlə görüşü kibritin dinamitlə görüşünə bənzəyir. Hər an partlayış baş verə bilər. Həmişə özümə deyirəm ki, dünyaya işləmək üçün yox, həzz almaq üçün gəlmişik. Bütün zamanınızı işə sərf edirsinizsə, tezliklə buna peşman olacaqsınız. Yalnız axmaqlar rəqiblərinə aqressiya ilə yanaşırlar. Əgər ətrafa düşmən kimi yanaşırsınızsa, əmin olun, onlar elə düşmənə çevriləcəklər. Rəqabət şahmat oyunu kimidir. Uduzdunsa, növbəti raundu oyna. Əlbəyaxa olmaq vacib deyil. Sahibkar üçün düşmən yoxdur. Bunu anladınsa, kimsə səni dayandıra bilməyəcək. Depressiyaya düşüb həyatdan şikayətlənmək alkoqolizm kimi bir şeydir. Nə qədər çox içirsinizsə, vəziyyət bir o qədər pisləşir.<ref name="publika.az">Leyla Əliyeva. [http://publika.az/p/42223 Çinli milyarderin ərəb nağılı - Alibaba]. publika.az, 13.09.2014 {{az}}</ref> [[Cek Ma]]
* Ən axmaq insan özünü hamıdan ağıllı biləndir. [[Əli]]
* Əsli-nəcabəti nəcib olmayan hökmdar, axmaq övlad böyütmüş alim, qəflətən zənginləşmiş kasıb ətrafındakıların onlara qarşı laqeyd münasibət göstərdiyinin şahidi olurlar. [[Çanakya/Hökmdar]]
* Əslində axmaq sarışın deyə bir şey yoxdur. Sadəcə kişilərin diqqətini çəkmək üçün, saçlarını sarıya rəngləyən axmaqlar var. [[Bob Dilan]]
 
== İ ==
* İnanın ki, özümüzü məlumatlı adam kimi göstərmək heç də çətin deyil. Əsas odur ki, səni cahil, məlumatsız hesab etməsinlər. Bunun üçün manevr etmək, çətin vəziyyətlərdən qaçmaq, manelərimaneələri dəf etmək və ensiklopediya lüğətindən istifadə edib başqalarının ağzını yummaq lazımdır. Çünki, bütün insanlar axmaq, cahil və yarımayan odun kötüyü kimidir. [[Gi de Mopasson]]
* İnanıram ki, ən axmaq ingilis belə, ən axmaq amerikalıdan on qat daha ağıllıdır. [[Madonna]]
 
== K ==
* Kimsə sizin qarşınızda özünü ağıllı göstərir? Sən də özünü axmaq kimi göstər. Sonra isə əsl axmağı keyflə seyr et. [[Çarli Çaplin]]
== M ==
* Mən tərəfdaşımın nə dərəcədə ağıllı və ya axmaq, xeyirxah və ya qəzəbli olduğunu, nə düşündüyün bilmək istəyəndə sifətimə onun üzünün ifadəsini verməyə çalışır, sonra isə məndə hansı fikirlərin, hisslərin yaranacağını gözləyirəm. [[Edqar Allan Po]]
* Mənim axmaqlara çox böyük inamım var. Dostlarım bunu özünə güvənmə adlandırırlar. [[Edqar Allan Po]]
* Müdrik elə sevdiyi üçün müdrikdir. Axmaqsa ona görə axmaqdır ki, elə bilir, məhəbbəti dərk etməyə qadirdir. [[Paulo Koelyo]]
== O ==
* Oğlu Həsənə buyurmuşdur:
: Əziz oğlum, məndən dörd şey öyrən, işlədiyin zaman sənə zərər verməyəcək dörd şeyi də ağlında tut: Zənginliyin ən üstünü ağıldır; yoxsulluğun ən böyüyü axmaqlıqdır. Qorxulu şeylərin ən qorxulusu özünü bəyənməkdir; nəslin-kökün ən ucası gözəl xasiyyətdir. Əziz oğlum, axmaqla dost olmaqdan çəkin; o sənə fayda vermək istərkən zərər yetirər. Xəsislə dost olmaqdan çəkin; ona ən çox möhtac olduğun zaman köməyinə gəlməz. Pislik edənlə dost olmaqdan çəkin; o səni çox ucuz bir şeyə satar. Yalançı ilə dost olmaqdan çəkin; çünki o, ilğıma bənzər; sənə uzağı yaxın göstərər, yaxını isə səndən uzaqlaşdırar. [[Əli]]
 
== Ö ==
* Özünü olduğundan ağıllı göstərməyə çalışan, əslində, axmaqdır. [[Alman atalar sözləri]]
Sətir 113 ⟶ 93:
* Pivə sizi tənbəl, axmaq və gücsüz edir. [[Otto fon Bismark]]
* Pul ağıllı adamın köləsi, axmaq adamın isə ağasıdır. [[Alman atalar sözləri]]
 
== S ==
* Sözdə qadınların siyasi gücləri yoxdur. Amma ağıllı qadınlar, axmaq ərlərini heç bir əziyyət çəkmədən parlamentə soxar, hətta nazir kürsüsündə belə otuzdurar. [[Corc Bernard Şou]]
* Su axar çuxurunu tapar, axmaq axmağa heyran olar. [[Bualo]]
* Susmağın ağlından xəbər verməsə də, axmaq olmadığından xəbər verir. [[Pyer Büast]]
 
== İstinadlar ==
[[Kateqoriya:Mövzular]]