Cübran Xəlil Cübran: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 1:
[[File>'kil:Khali Gibran.jpg|thumb|Cübran Xəlil Cübran]]
 
'''Cübran Xəlil Cübran''' - (1883-1931) - Livanlı yazıçı-esseist və rəssam.
{{ABC}}
Sətir 11 ⟶ 10:
* Arxanı Günəşə çevirsən, kölgəndən başqa heç nə görə bilməzsən.
* Ataların var-dövləti çox vaxt övladlara bədbəxtlik gətirir.
 
== B ==
* Bəlkə də balıqqulağına görə dəniz inci deməkdir.
Sətir 23 ⟶ 21:
* Böyüklük ondadır ki, sən mənə mənim səndən daha çox ehtiyacım olan şeyi verəsən, lakin elə bir şeyi verəsən ki, özün bunsuz ötüşə bilmirsən.
* Bu dünyada ən dəyərli qabiliyyət bəlkə başqa bir dünyada işə yaramaz.
 
== D ==
* Dostum, Günəşə bax, torpağa bax, suya bax, buluda bax; fəqət, arxana baxma. Kimin gəldiyi əhəmiyyətli deyil, kimin gəlmədiyi də.
== E ==
* Evlilikdə Allahın səssiz xatirəsində belə, bir yerdə olacaqsınız. Ancaq yaxınlığınız həddindən artıq olmasın və cənnət küləkləri sizin aranızda rəqs etsin. Bir-birinizi sevin, amma sevgini zəncirlərə çevirməyin: daha doğrusu, ruhunuzun sahilləri arasında dalğalanan bir dəniz olsun. Birlikdə oxuyun, rəqs edin və həzz alın, ancaq ud simləri tək olduğu kimi, hər biriniz tək qalsın, baxmayaraq ki, onlardan eyni musiqi gəlir. <ref>[https://citaty.su/category/druzhba] Цитаты и афоризмы.</ref>
 
== Ə ==
* Əgər ağırlıq və uzunluq ölçüləri mövzusunda qavrayışımız fərqli olsaydı, Günəşin önündə ehtiramla durduğumuz kimi atəşböcəyinin də önündə də eyni ehtiramla dayanardıq.
Sətir 35 ⟶ 31:
* Ən zəngin adamla ən kasıb adam arasındakı fərq bir günlük aclıqla bir saatlıq susuzluqdan başqa bir şey deyildir.
* Əsl böyük insan odur ki, nə idarə edər, nə də idarə olunar.
== F ==
 
[[Şəkil:Plasma lamp touching.jpg|thumb|right|Fikrimcə, yalnız bir universal din var ki, onun müxtəlif yolları Ulu Varlığın sevgi dolu əlinin barmaqlarından başqa bir şey deyil .]]
* Fikrimcə, yalnız bir universal din var ki, onun müxtəlif yolları Ulu Varlığın sevgi dolu əlinin barmaqlarından başqa bir şey deyil.
== G ==
* Gözəllik aynada özünü seyr edən sonsuzluqdur.
* Gözəllik təlabat deyil, ekstazdır.
 
== H ==
* Hamımız məhbusuq, amma bəzilərimiz pəncərəli, bəzilərimiz isə pəncərəsiz həbsxanadadır.
Sətir 49 ⟶ 46:
* Hər qışın ürəyində titrəyən bir bahar vardır. Hər gecənin örtüyünün arxasında təbəssümlə gözləyən bir şəfəq vardır.
* Həyatın qəlbinə çatanda sən gözəlliyi hər şeydə görəcəksən, hətta gözəlliyə kor olan gözlərdə belə.
 
== İ ==
* İki qadın danışanda heç bir şey danışmazlar; bir qadın danışanda bütün bir həyatı açıqlayar.
Sətir 55 ⟶ 51:
* İnsan öz xəyalı və çatmaq istədiyi aləm arasında olan böyük məsafəni yalnız öz iradə və biliyinin köməyi ilə keçə bilər.
* İnsanların vəfaları sənə deyil, sənə olan ehtiyaclarınadır. Sənə ehtiyacları dəyişincə, vəfaları bitər."
 
== K ==
* Kimyaçı qəlbindən şəfqət, hörmət, həsrət, səbr, peşmanlıq və əfv etmək kimi elementləri çıxarıb onları birləşdirərək sevgi adlı bir atoma çevirə bilər.
* Kişi əli ilə qadın əlinə toxunduqda onlar hər ikisi əbədilik ürəyinə toxunurlar.
* Kök, şöhrəti heç sayan bir çiçəkdir.
 
== Q ==
* Qarışqanın işgüzarlığını çəyirtkənin nəğməsindən üstün tutan baxış bucağı necə də dardır.
Sətir 66 ⟶ 60:
* Qonaq-qara olmasaydı, hər bir ev qəbirstanlığa dönərdi.
* Qürurlu olmaq - sənə lazım olduğundan az götürmək deməkdir.
 
== M ==
[[Şəkil:Cristo Redentor viewed from the base.jpg|thumb|right|Mənim və sizin üzləriniz maskalı olmayacaq; əlimiz nə qılınc, nə də əsa tutacaq və rəiyyətlərimiz bizi sülh içində sevəcək və bizdən qorxmayacaq.]]
[[Şəkil:Plasma lamp touching.jpg|thumb|right|Mən əzəldən var olmuşam və budur, buradayam; və mən zamanın sonuna qədər mövcud olacağam, çünki mənim varlığımın sonu yoxdur.]]
* Məhəbbət səni çağıranda onun ardınca get. Yolları çətin və sıldırım olsa da. Qanadlarını bağlayanda sən ona təslim olursan, Onun qanadları arasında gizlənmiş qılınc səni yaralasa da. O, səninlə danışanda ona inanın, Şimal küləyi bağçanı xaraba qoyan kimi səsi xəyallarınızı dağıda bilsə də. Çünki məhəbbət səni necə taclandırırsa, o da səni çarmıxa çəkəcək. O, sizin böyüməyiniz üçün olduğu kimi, budamağınız üçün də odur. Sənin hündürlüyə qalxıb günəşdə titrəyən budaqlarını şəfqətlə sığalladığı kimi, köklərinə də enəcək və onları yerə yapışaraq silkələyəcək... Amma əgər qorxu içində yalnız sevginin hüzurunu və məhəbbət ləzzətini axtararsansa, onda sənin üçün daha yaxşı olar ki, çılpaqlığını örtüb sevginin xırmanından, gülməli olduğun fəsilsiz dünyaya boylan, amma bütün gülüşlərinlə yox, və ya ağlayın, amma bütün göz yaşlarınızla deyil. Sevgi özündən başqa bir şey vermir və özündən başqa bir şey götürmür. Məhəbbət sahib deyil və sahiblənməyəcək də; Çünki sevgi sevmək üçün kifayətdir. Və düşünmə ki, sevginin gedişatını istiqamətləndirə bilməzsən, əgər o səni layiq görürsə, sənin yolunu istiqamətləndirir. Sevginin özünü həyata keçirməkdən başqa istəyi yoxdur. Əgər sevirsənsə və arzuların olmalıdırsa, qoy bunlar sənin arzuların olsun: əriyib gecəyə öz melodiyasını oxuyan axar çay kimi olmaq. Həddindən artıq incəliyin acısını bilmək. Öz sevgi anlayışınızdan yaralanmaq; Və həvəslə və sevinclə qan tökmək.
* Mələklər və şeytanlar məni də ziyarət edirlər, amma mən onları başımdan edirəm. Əgər gələn mələkdirsə ona köhnə bir dua oxuyuram, bezib gedir. Yox, əgər gələn şeytandırsa ona köhnə bir günahı təkrarlayıram, məndən tez uzaqlaşır.
Sətir 77 ⟶ 69:
* Mənim içimdəki həyatın səsi, sənin içindəki həyatın qulağında eşidilməz; amma yenə də biz özümüzü yalnız hiss etməmək üçün danışaq.
* Mənim və sizin üzləriniz maskalı olmayacaq; əlimiz nə qılınc, nə də əsa tutacaq və rəiyyətlərimiz bizi sülh içində sevəcək və bizdən qorxmayacaq.
 
== N ==
* Necə də nəcib bir davranış olardı qəlbi sevinclə dolu birinin oxuduğu şərqini kədərli birinin müşayiət etməsi.
* Necə qəribədir ki, bir cəmiyyət olaraq, ağlı yavaş olana deyil, ayağı yavaş olana; ürəyi kor olana deyil, gözü kor olana yazığımız gəlir.
 
== O ==
* Optimist insan gülün tikanlarını deyil, gülü görür; [[pessimist]] isə, gülü unutmuş kimi, gözlərini tikanlara zilləyir.
== P ==
* Poeziya sevinc, ağrı, heyrət axını və lüğətdən götürülmüş bir qədər sözdür.
 
== R ==
* Ruhlar güclü olanda idarə edir, zəif olanda isə onları başqaları yönəldir.
 
== S ==
* Sadəcə böyük kədər və ya böyük sevinc sənin həqiqətini ortaya çıxara bilər. Bunun üçün ya Günəşin altında çılpaq rəqs edəcəksən, ya da öz çarmıxını daşıyacaqsan.