Nəsirəddin Tusi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 152:
* Nadanlıqdan can qurtarmaq, qorxu və xofdan azad olmaq üçün alim və filosoflar böyük əziyyətlərə dözür, cismani ləzzət və istirahətdən əl çəkir, yuxusuz gecələr və ağır zəhmətlərə razı olurlar. Əsl rahatlıq bədəni ağrılardan xilas olmaq, əsl əziyyət isə cəhldir. Deməli, əsl rahatlıq elmdir. Elm adamlarının ruhi və rahatlığı elmdir, çünki dünya var-yoxu onların gözündə əhəmiyyətsiz və dəyərsiz olar. Elmə yiyələnərək əbədi səadət, həmişəlik istirahət əldə etdiklərindən tez ötüb keçən bəlalara məruz qalan, böyük baş ağrısına səbəb olan, müxtəlif qəm və kədər yaradan, təşviş və təlaş törədən dünya işlərindən əl çəkər, zəruri ehtiyacı ilə kifayətlənər, dünyagir olmazlar, çünki dünyagirliyin sonu görünməz, bir arzuya çatdımı, başqa arzu eşqinə düşər.
* Nalayiq həyat keçirmə ki, nalayiq ölüm də ona əlavə edilsin.
* Nаlаyiq sözlər işlətməməli, dilini söyüşə öyrətməməli, zərurət üçündən аyıb kəlməyə еhtiyаc yаrаndıqdа оnu оbrаzlı, məcаzi ibаrələrlə аnlаtmаlı.
* Nalayiq sözlər eşitmək, şit zarafatlara qulaq asmaq, lağlağıların şahidi olmaqdan çəkindirməli, təlim-tərbiyə tapşırıqlarını yerinə yetirib tam yorulmayınca, ona yemək verilməməlidir. Elə etmək lazımdır ki, heç bir şeyi gizlətməsin, bir şeyi gizlətsə, qəbahətli işləri də gizlətməyə cəsarət edər. Çox yatağanlığı qadağan etmək lazımdır. Çox yatmaq zehni kütləşdirər, hafizəni öldürər, bədəni lırtlaşdırar, insanı süst edər. Gündüz yatmağa qoymamalı, yumşaq, rahat paltar geydirməməli, bərkə-boşa öyrətməli, yayda sərin sərdabə və nazik tüllərə, qışda isti otaq və qalın kürklərə öyrətməməli, çox yerimək, hərəkət etmək, at minmək, əziyyət çəkməyə adət etməli, əksləri qadağan olunmalıdır, oturub-durmaq qaydaları, susub-danışmaq üsulları öyrədilməlidir. Biz bu barədə aşağıda danışacağıq. Saçlarına xüsusi sığal verib, əyninə qadınlara məxsus bəzək-düzəkli paltar geydirməməli, ehtiyac olmadıqca barmağına üzük keçirməməlidir. Yaxın adamları, ata-babaları, mal-dövlətləri, yeyib-içimləri, geyim-gecimləri ilə lovğalanmağa icazə verilməməlidir. Hamıya qarşı təvazökar olmaq, yaxın adamlara hörmət qoymaq təlqin edilməli, özündən zəiflərə əl qaldırıb özündən güclülərə boyun əymək, tay-tuşlarına paxıllıq etmək qadağan olunmalıdır. Yalan danışmağın qabağı alınmalıdır, istər yalandan, istərsə doğrudan and içməyə yol verilməməlidir, and içmək, ümumiyyətlə, hamı üçün pis adətdir. Böyük adamların, bəlkə də, yalan danışmağa ehtiyacı olsun, lakin uşaqların buna qətiyyən ehtiyacı ola bilməz.
* Nəfsin ağayanalığı ona deyilir ki, nəfs var-yoxluğa, az-çoxluğa böyük əhəmiyyət verməyə, mülayim və qeyri-mülayim işləri yola verməyi bacara.