Mahatma Qandi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 160:
* Mən divarlara, arakəsmələrə dözə bilmirəm. Bütün yeri əhatə edən səma, maneə görməyən külək, sahilləri yuyan okean - budur ideal.
* Mən dünyanın bütün böyük dinlərinin əsas həqiqətinə inanıram.
* Mən heç vaxt başa düşə bilməmişəm ki, kimsə öz yaşıdlarının alçaldıldığını görəndə necə fəxr edə bilər.
* Mən həyatım boyu tənqidçi dostlarımın nəzakətli və dostcasına tənqidindən pərəstişkarlarım tənqidindən daha çox fayda götürmüşəm.
* Mən Hindistana bağlıyam və hər şey üçün ona borcluyam... Hindistana olan duyğularımı həyat yoldaşıma olan hisslərimlə bərabərləşdirib aydın ifadə edə bilmirəm. Dünyada heç bir qadın məni onun kimi həyəcanlandırmır. Ona görə yox ki, o mükəmməldir. Deyə bilərəm ki, onun qüsurları hətta mən gördüyümdən də çoxdur. Amma burada bir qırılmazlıq, bağlılıq hissi var. Bu hiss bütün səhvləri və məhdudiyyətləri ilə birlikdə induizmə də aiddir.