Mahatma Qandi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 156:
== Q ==
* Qadın kişinin əsiri deyil; can yoldaşı, dəstəyi, talelərinin və sevinclərinin tam mənada ortağıdır.
* Qadını zəif cins adlandırmaq böhtandır; kişinin qadına qarşı haqsızlığıdır. Əgər güc dedikdə kobud güc nəzərdə tutulursa, deməli, qadın kişidən daha az qəddardır. Əgər güc dedikdə mənəvi güc nəzərdə tutulursa, qadın kişidən ölçüyəgəlməz dərəcədə üstündür. O, daha böyük intuisiyaya malik deyilmi, daha çox fədakar deyilmi, daha böyük dözümlülük gücü, daha böyük cəsarət deyilmi? Onsuz insan ola bilməzdi. Zorakılıq bizim varlığımızın qanunudursa, gələcək qadınladır. Ürəyə qadından daha təsirli kim müraciət edə bilər?
* Qəzet böyük gücdür, lakin heç nə ilə məhdudlaşmayan su sahilləri basdığı və əkinləri məhv etdiyi kimi, nəzarətsiz jurnalist qələmi də dağıtmağa xidmət edir. Əgər nəzarət kənardan gəlirsə, o, nəzarətin olmamasından daha məhvedici olur. Nəzarət yalnız içəridən gəldiyi zaman fayda verir.
* Qorxaq heç vaxt əxlaqlı hesab edilə bilməz. Cəsarət, mərdlik, başqa nəcib keyfiyyətləri inkişaf etdirmək üçün hökmən zəruridir.