Ərəb atalar sözləri: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 272:
* Kimdə nə görür, onu götürür.
* Kişi tamahı ucbatından alçalar.
* Kişilər dörd qisimdir:bir kişi bilir və bilir ki, o, həqiqətən bilir - o, alimdir, ona tabe olun. Bir kişi bilir və bilmir ki, o, həqiqətən bilir - o, yatan adam kimidir, onu oyadın. Bir kişi bilmir və bilir ki, o, həqiqətən bilmir - o yol itirəndir, ona yol göstərin. Bir kişi bilmir və bilmir ki, o, həqiqətən bilmir - o, nadandır, ondan uzaqlaşın.
* Kişilər üç cür olur: tam kişi, yarım kişi, kişi olmayan kişi. Tam kişi odur ki, özünün ağlı, bacarığı ola-ola, öz dostları ilə də məsləhətləşə, yarım kişi o adamdır ki, özünün ağıl və bacarığına arxalanaraq məsləhətsiz iş görə. Kişi olmayan kişi odur ki, nə özünün ağlı var, nə də başqası ilə məsləhətləşər.
* Kişinin xəzinəsi onun sənətidir.