Cübran Xəlil Cübran: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 16:
* Bir dəfə kiçik bir çaya dənizdən bəhs etdim. Çay mənim şişirtməyi sevən xəyalpərəst olduğumu düşündü. Və bir dəfə də dənizə kiçik çaydan danışdım. Dəniz mənim hər şeyi kiçik görən yalançı olduğumu düşündü.
* Bir növ qovuşmaqdır xatırlamaq; unutmaq - azadlıqdır.
* Bir şeh damcısı üzərində düşünərək dənizin sirrini kəşf etdim.
* Bir zamanlar çox sevdiyi və çox sevildiyi üçün çarmıxa çəkilmiş bir adam vardı. Bəlkə çox qəribə gələcək sizə amma dünən onu üç dəfə gördüm. Birincidə bir fahişəni həbs etməsinlər deyə polislə danışırdı, ikinci dəfə görəndə səfilin biri ilə şərab içirdi. Və üçüncüdə onu kilsədə gördüm, bir kilsə xidmətçisi ilə yumruqlaşırdı.
* Birliyinizdə boşluqlar olsun, aranızda göylərin küləkləri rəqs etsin. Bir-birinizi sevin, amma sevgi bağı yaratmayın: Qoy ruhlarınızın sahilləri arasında hərəkət edən bir dəniz olsun. Bir-birinizin stəkanını doldurun, amma bir fincandan içməyin. Çörəyinizdən bir-birinizə verin, amma eyni çörəkdən yeməyin. Birlikdə oxuyun, rəqs edin və şən olun, ancaq hər biriniz tək qalın, Eyni musiqi ilə titrəsələr də, lavtanın simləri tək olduğu kimi. Ürəklərinizi verin, ammaözünüzü bir-birinizin ixtiyarına verməyin. Çünki yalnız Həyatın əli ürəklərinizi saxlaya bilər. Bir yerdə durun, amma çox da yaxın olmasın: Çünki məbədin sütunları bir-birindən ayrıdır, Palıd ağacı ilə sərv bir-birinin kölgəsində bitmir.
Sətir 21 ⟶ 22:
* Böyüklük ondadır ki, sən mənə mənim səndən daha çox ehtiyacım olan şeyi verəsən, lakin elə bir şeyi verəsən ki, özün bunsuz ötüşə bilmirsən.
* Bu dünyada ən dəyərli qabiliyyət bəlkə başqa bir dünyada işə yaramaz.
 
== D ==
* Dostum, Günəşə bax, torpağa bax, suya bax, buluda bax; fəqət, arxana baxma. Kimin gəldiyi əhəmiyyətli deyil, kimin gəlmədiyi də.