Ceyms Allen: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 12:
* [[Düşmən]]i öldürmək əvəzinə, onu şəfqət və mərhəmətinlə yola gətir.
== G ==
* Güclü bir insan zəifə kömək edə bilməz, əgər zəifə kömək etmək istəməsə, zəif adam da özündən güclü olmalıdır; başqasında heyran olduğu gücü öz səyləri ilə inkişaf etdirməlidir. Onun vəziyyətini özündən başqa heç kim dəyişdirə bilməz.
* Güclü, sakit insan həmişə sevilir və hörmət edilir. O, susuz ölkədə kölgə salan ağaca, tufanda sığınacaq daşına bənzəyir. "Rahat qəlbi, şirin xasiyyətli, balanslı həyatı kim sevməz? Yağış yağsa da, yağmasa da, bu nemətlərə sahib olanlarda hansı dəyişikliklərin olmasının fərqi yoxdur, çünki onlar həmişə şirin, və sakitdirlər. Sakitlik dediyimiz xasiyyət nizamlı mədəniyyətin son dərsi, ruhun bəhrəsidir. O, müdriklik qədər qiymətlidir, qızıldan, bəli, hətta zərif qızıldan da arzuolunandır. Sakit həyat - Həqiqət okeanında, dalğaların altında, tufanların əli çatmayan, əbədi sakitlikdə yaşayan bir həyat!
 
== İ ==
* İnsan əşyaya və başqa insanlara qarşı düşüncələrini dəyişdikcə əşyalar və başqa insanlar da ona qarşı hallarını dəyişdirdiyini görəcək. İnsan düşüncələrini köklü bir surətdə dəyişdirərsə, həyatın maddi şərtlərində də neçə tez bir dəyişiklik etdiyini görərək məəttəl qalacaq. Gələcəyimizi formalaşdıran güc öz içimizdədir. İnsan ancaq düşüncələrini yüksəltməklə yüksəlir, qalib olur, uğura nail olur. Lakin düşüncələrini yüksəltmək istəməzsə, zəif, düşkün və səfil qalar. <ref>Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014. səh.112</ref>