Azərbaycan atalar sözləri/Ə: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
85.132.106.229 (müzakirə) tərəfindən edilmiş 131257 nömrəli redaktə geri qaytarıldı
Teq: Geri qaytarma
Redaktənin izahı yoxdur
Sətir 15:
| commons_keçidi =
}}
* Əbləh ilə yüyürən yolda qalar.
* Əbləh odur dünya üçün qəm çəkər, tanrı bilir, kim qazanar, kim yeyər.
* Əcəl gəldi, baş ağrısı bəhanə.
* Əcəl gələndə soruşmaz ki, oğul-uşağın neçədir.
* Əcələ çarə yoxdur.
* Ədəbi kimdən öyrəndin? - Ədəbsizdən.
* Əgər varındı, aləm yarındı, əgər yoxundu - elnən aran toxundu.
* Əkdiyin noxud, biçdiyin noxud, bazara çıxıb ləbləbi.
* Əkən biçər, əkməyən nə biçər?!
* Əkən biçər, qonan köçər.
* Əkəndə əkməyən xırmanda ağlar.
* Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş.
* Əkiblər yemişik, əkirik yeyərlər!
* Əkinçi ol, biçinçi olma.
* Əkinçi yağış istər, yolçu quraqlıq.
* Əkinini göyikən yeyən xırman vaxtı ac qalar.<ref>Atalar sözü. Tərtib еdəni: Məmmədvəli Qəmərli. Bakı - “Səda” - 2003</ref>
* Əkinini sütül yiyən xırman vaxtı sülənər.<ref>Güney Azərbaycan folkloru. I kitab (Təbriz, Yekanat və Həmədan ərazilərindən toplanmış folklor örnəkləri). Toplayan: Məmmədəli Fərzanə. Bakı – “Elm və təhsil” - 2013</ref>
* Əqli kəm canana bax, küsübdür mən dəlidən.
* Əqrəb etməz əqrabaya əqrabanın etdiyini.
* Əl ağızdan çox görüb.
* Əl beş barmaqdı, hərəsi bir boyda.
* Əl əldən hökm elər.
* Əl əli yuyar, əl də üzü.
* Əl məndən, ətək səndən.
* Əl mərd olar, göz namərd.
* Əl uzadılan yerə ayaq uzadılmaz.
* Əl üstə çox əllər var.
* Əldən gedən ələ gəlməz.
* Əldən qalan əlli il qalar.
* Ələdin-ələdin, kəpəyinə nə qatdın?
* Ələkçinin qıl verəni yanında olar.
* Ələyi ələnib, xəlbiri göydə fırlanır.
* Əli açıq olanın üzü ağ olar.
* Əli aşından da olduq, Vəli aşından da.
* Əli boşa "ağa uyur" deyərlər, əli doluya "ağa buyur" deyərlər.
* Əli xəmirliyə çörək borc verməzlər.
* Əli kəsiyin əli kəsikdən xəbəri var.
* Əli kösöylü sən, otu yanan mən!
* Əli yanan ağzına təpər.
* Əliaçığa Allah özü yetirər.
* Əliəyri hey düzlükdən danışar.
* Əlim çatmayan armud, babamın xeyratına.
* Əlimdən tutan olmaz, dalımdan itələyən var.
* Əlin çatmayan aş, ya qarın ağrıdar, ya baş.
* Əlin yağlıdır? Çək öz başına.
* Əlindən gəlməyəni dilinə də gətirmə.
* Əlindən iş gəlməyən uzun danışan olar.
* Əlini qatdın harama, kəşkülü doldur qalama.
* Əlini qısa eylə, dilin uzun olsun.
* Əmanət kitab verənin bir əli kəsilməlidir, qaytarıb geri verənin iki əli.
* Əmək insanı ucaldır.
* Əmək qızıl bilərzikdir.
* Əməksiz yemək olmaz.
* Ən böyük zalım məzlumun özüdür.
* Ən yaxşısını düşün, ən pisinə hazır ol.
* Əncir yemədin getdin, dərdin demədin getdin.
* Əppək ələkdən keçər, insan çiləkdən.
* Əslində olan nəslində olar.
*Əvvəl öyrən, sonra düşün.
* Əvvəl yoldaşöyrən, sonra yoldüşün.
* Əvvəl yoldaş, sonra yol.
* Əvvəl yumruğunu düyünlə, sonra qanmaza söz çatdır.
* Əvvəl zəhmət çəkən sonra rahat olar.
* Əzizim əziz, tərbiyəsi ondan əziz.
 
== İstinadlar ==