Sevgi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 10:
* Bəndlər kimidir eşq bilirəm. Bir zərrə suyun sıza biləcəyi bir çat buraxsanız, bu su divarları yavaş yavaş gəmirər və elə bir an gələr ki, axıntının gücünü artıq kimsə yavaşlada bilməz. Divarlar yıxılsa, sevgi əfəndi olaraq hər şeyə əl qoyar; nəyi edə bilərəm, nəyi edə bilmərəm, sevdiyim şəxsi yanımda tuta bilərmiyəm, bilməzmiyəm, kimi suallar artıq əlavədir... [[Paulo Koelyo]]
* Bir-birinizi hər zaman ürəkdən sevin. Dünyada demək olar ki, sevgidən başqa bir şey yoxdur. [[Viktor Hüqo]]
* Bir insan təxəyyülünün — əgər onu əvvəlcə təxəyyülü tanıyıbsa — bu qadınınkı kimi, balaca bir çöhrənin arxasına nələr sığışdıra biləcəyini anlayırdım; halbuki əksini də görürdüm: adi bir formada tanış olunubsa, bunca təxəyyül dolu varlığın maddi, hər cür dəyərdən yoxsul, səfil ünsürlərə parçalandığını da görürdüm. Mən, mənə görə, fahişəxanada iyirmi frankdan artıq dəyərə sahib olan, məndən isə sadəcə iyirmi frank qazanmaq istəyən bu qadın adlanan məxluqun, əgər başlanğıcda [[sirli, marağa səbəb olacaq, qavranılması, əldə edilməsi qəliz bir varlıq kimi xəyal edilsə, bir milyon frankdan artıq, qibtə ediləcək bütün mövqelərdən yüksək, hətta ailə sevgisindən də artıq dəyəri ola biləcəyini anlayırdım. Şübhəsiz, Robertlə mən eyni uzun çöhrəni görürdük. Amma bu çöhrəyə əsla kəsişməyəcək iki əks yoldan çatmışdıq və əsla eyni üzü görməyəcəkdik. [[Marsel Prust]]
* Bir insandan tamamilə ayrıldıqdan sonra onunla bağlı hər şeylə həqiqətən maraqlanmağa başlayırsan. Bu da sevginin paradokslarından biridir. [[Erix Mariya Remark]]
* Bir qadının diqqəti həmişə pis sədası yayılan kişidə olur. Çünki, sevgi onu düzəldər deyə düşünür. [[Aqata Kristi]]
Sətir 20 ⟶ 21:
* Bütün dünyada sevgi danışmaq həsrətindədir, lakin cürət etmir, çünki utanır. [[Corc Bernard Şou]]
* Bütün sevgi tarixçələri bir-birinə oxşayır. [[Paulo Koelyo]]
 
== D ==
* Dünyada sevgidən dərin heç nə yoxdur. Ancaq nağıllarda şahzadə qurbağanı öpür və o, gözəl oğlana çevrilir. Həyatda hər şey əksinədir. Şahzadə qız şahzadə oğlanı öpür və o, iyrənc qurbağaya çevrilir. [[Paulo Koelyo]]