Şərait: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 1:
{{ABC}}
== A ==
* Afrika mənşəli amerikalıların əsarət altına alınması qaçılmaz tarixi fakt olsa da , onların ölüm təhlükəsi qarşısında göstərdikləri cəsarət, aşılmaz kimi görünən çətinliklər qarşısındakı gücləri, başqalarını imansız ümidsizliyə sürükləyən şəraitlə qarşılaşdıqda imanları və onların zalım şəraitdə gözəlliyin və dahiliyin oyadan olması da həvəsləndirmirdi. [[Aberjhani]]
== B ==
* Bədcins arvada rast gələnin bircə [[çarə]]si var: onu boşayıb canını qurtarmaq. Pis arvadla bir yerdə yaşamaq canavarla və ya əfi ilanla bir yerdə olmaqdan [[təhlükəli]]dir. Can qurtarma çətin olduqda dörd [[hiylə]] işlətmək lazımdır:
Sətir 10 ⟶ 12:
* Bizim vicdanımız – çevik və elastik predmetdir – dartılmaq və ən müxtəlif şəraitə tətbiq edilmək qabiliyyətinə malikdir. [[Çarlz Dikkens]]
* Bununla belə, etiraf etmək lazımdır ki, ağır şərtlər güclü xarakter formalaşdırır, çünki şimalın soyuq iqlimi fəallığı və enerjisi cənubdakıları çox geridə qoyan kişi irqini yetişdirir. Deməli, qadınların xarakterləri kişilərdən daha yeknəsəkdir; onlar nadir hallarda ağılın gizli güclərini irəli sürmək üçün şəraitdə yerləşdirilirlər. [[Letitia Elizabet Landon]]
 
== C ==
* Cəmiyyəti (əlbəttə ki, işçilərdən ibarət olan) xoşbəxt etmək və insanların ən acınacaqlı şəraitdə belə məmnun olması üçün böyük əksəriyyətin həm cahil, həm də kasıb olaraq qalması lazımdır. [[Bernard de Mandevil]]
== Ç ==
* Çoxalma gücünün təyinatı növləri qorumaqdır. Çünki uzun ömürlüyə cəhd ilahidən gələn bir tələbatdır. Amma bu tələbat bir fərd kimi mövcud ola bilməsə də, növün mövcudluğunu davam etdirməyə qadirdir və növü saxlamaq üçün müəyyən bir güc onun ardınca gələn fərdi əvəz edir. Beləliklə, əlverişli şərait fərddə, çoxalma qüvvəsi isə növdə parçalanan şeyləri əvəz edir. [[İbn Sina]]
 
== D ==
* Düşüncəli və diqqətli adam şəraitə tabe olmur, onu idarə edir. [[Baltazar Qrasian]]
 
== E ==
* Elə şərait yoxdur ki, insan alışa bilməsin, bütün ətrafdakıların o şəraitdə yaşadığını bilən adam üçünsə alışmaq daha asandır. [[Lev Tolstoy]]
* Elmlərlə məşğul olmaq gəncliyi tərbiyə edir, qocalığı əyləndirir, xoşbəxt şəraitdə bəzək, bədbəxt şəraitdə isə sığınacaq və təskinlik rolunu oynayır. [[Mark Tulli Siseron]]
 
== G ==
* [[Gənc]]lərə şərait yaradın. Onların zehinlərinə etdiyiniz toxumlar, onlarla birlikdə böyüyəcəkdir. Və dünyanı həqiqi dəyişdirəcək də onlardır. [[Cek Ma]]
* Gəncləri yetişdirməyin ən pis yolu onlara hər cür şərait yaratmaqdır. Çünki asanlıq ləzzətlər doğurur və hər bir pislik ondan gəlir. [[Demokrit]]
* Gözəl həyatınız olub, təhsiliniz var, mədənisiniz. Təəssüf edirəm ki, bizdən daha çox şey ala bilmədiniz, ancaq başa düşməlisiniz ki, hər şey keçmişdə daha pis idi. Mari-Klodla bu işə başlayanda Heylşemə bənzər bir yer sadəcə yox idi. Biz birinci idik – biz və Qlenmorqan-haus. Bir neçə ildən sonra Sonderz-trast da bizim cərgələrə qoşuldu. Ən əsası dünyaya göstərdik ki, şagirdlər humanist və sivil şəraitdə böyüyürlərsə, onlar da istənilən adi insan kimi həssas və ağıllı ola bilərlər. Bu vaxta qədər bütün klonlar ya da şagirdlər, sizi belə çağırmağa üstünlük verirdik, – yalnız təbabət üçün material kimi mövcud idi. İşiquro Kazuo
 
== H ==
* Harada, hansı şəraitdə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı vətən torpağı ilə bağlı olmalıdır. [[Heydər Əliyev]]
Sətir 34 ⟶ 31:
* Hər bir şəraitdə pozitivi axtarmağı vərdiş halına gətirsən, həyat keyfiyyətin ən yüksək səviyyəsinə çatacaq. [[Robin Şarma]]
* Həyatınızı zəhmətlə bağlı şəraitə uyğunlaşdırın. Zəhmətsiz nə təmiz, nə də sevincli həyat mümkün deyil. [[Anton Çexov]]
 
== İ ==
* İnsanın hər cür şəraitdə öz vəzifəsini yerinə yetirməsi də qəhrəmanlıqdır. [[Mixail Kalinin]]
Sətir 42 ⟶ 38:
* İnsan şəraitə görə yox, təbiətcə düzgün olmalıdır. [[Mark Avreli]]
* İnsanları şəraiti yox, şərait insanları idarə edir. [[Herodot]]
 
== Q ==
* Qadın və kişi arasındakı münasibətlərdə ən çətin və ən ağır dəqiqələr qarşılıqlı bağlılıq hissin gücündən və gözəlliyindən uzaq olan xarici şəraitə qurban verilməsidir. [[Teodor Drayzer]]
 
== M ==
* Menecerin işi motivasiya alovunu yandırmaq deyil, hər bir insanın şəxsi motivasiya qığılcımının alovlanması üçün şərait yaratmaqdır. [[Fridrix Herzberq]]
Sətir 52 ⟶ 46:
* Müharibə həqiqətləri insan təbiətinin mürəkkəbliyini göstərmək üçün fantastik şəkildə uyğundur. Normal şəraitdə, ümumiyyətlə necə davranacağımızı, nə istədiyimizi bilirik. Eyni zamanda, müharibə zamanı hər zaman baş verən ekstremal vəziyyətlərdə heç bir şey sadə deyil. Dəyərlərin toqquşması, çətin əxlaqi seçimlər, həyatı təhdid edən amillər, dərin gizli, şüuraltı instinktlərin, hisslərin və motivasiyaların ortaya çıxmasına səbəb olur. Bu, bir kinorejissor üçün həqiqətən də əla materialdır. [[Enq Li]]
* Müharibədən sonra, əllinci illərin başlanğıcında bir-birinin ardınca sürətlə böyük elmi kəşflər ediləndə insanların tənqidi düşünmək, məntiqli suallar vermək üçün vaxtı yox idi. Birdən külli miqdarda yeni imkanlar açılmışdı; həkimlərin mübarizə apara bilmədikləri xəstəliklərin çoxu artıq müalicəsi oluna bilirdi. Bu dünyanın gördüyü, görmək istədiyi birinci şey idi. Və insanlar uzun müddət belə düşünməyə üstünlük verirdilər ki, guya bu orqanlar hardansa gəlir, ən yaxşı halda hər hansı bir vakuumda yetişdirilir. Bəli, bəzi mübahisələr düşürdü. Amma sizə… şagirdlərə görə narahat olmağa, sizi hansı şəraitdə böyütmələri və ümumiyyətlə, sizi istehsal etməyin vacibliyi insanları maraqlandırana kimi artıq gec idi. Geriyə dönmək mümkün deyildi. Xərçəngin müalicə oluna bilən xəstəlik olduğuna adət etmiş dünyadan necə tələb etmək olardı ki, bu müalicədən imtina edib, könüllü əvvəlki kədərli dövrə qayıtsın? Yox, geriyə yol yox idi. Sizə görə nə qədər vicdan əzabı çəksələr də, onların düşündüyü əsas şey övladlarının, həyat yoldaşlarının, valideynlərinin, dostlarının xərçəngdən, hərəki neyronlarının zədələnməsindən, ürək xəstəliklərindən ölməməyi idi. Ona görə sizi mümkün olan qədər uzaqda gizlədirdilər, sizlər haqda düşünməmək üçün insanlar əllərindən gələn hər şeyi edirdilər. Heç nəyə baxmayaraq düşünsələr belə sizin bizim kimi olmadığınıza özlərini inandırırdılar. Guya siz insan deyilsiniz, belə olduğu təqdirdə, taleyiniz elə də əhəmiyyətli deyil. [[Kazuo İşiquro]]
 
== S ==
* Siyasət, şəraitə uyğunlaşmaq və hər şeydən, hətta bədbəxt hadisələrdən faydalanmaq sənətidir. [[Otto fon Bismark]]
* Siz mənə hər hansı bir torpağı işğal etməkdə şərait yaradın, mən sonra sizin üçün bu torpağın əsrlər boyu bizim doğma torpağımız olduğunu sübut edim. [[Otto fon Bismark]]
 
== T ==
* Tənhalıq dərrakə üçün təhlükə yaradır, həmçinin məziyyətlər üçün əlverişli şərait deyil... Tənhalığa can atan fani insan, şübhəsiz, mövhumatı inanclarla yaşayır və çox güman ki, havalanmış adamdır.<ref>Robert Qrin. Hakimiyyətin 48 qanunu.Bakı,2014. səh.104</ref> [[Samuel Conson]]