Erix Fromm: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 28:
* Əhəmiyyətli bir problemdə, səlahiyyətinizi aşdığı halda sizə məsləhət edilirsə, qəhrəmanlıq etməyin. Çünki mütləq hadisədə günahkar axtarılır.
* Əhəmiyyətli olan sözlər deyil, davranışlardır. Sevdiyini deyən biri yerinə, sevgisini göstərən birinə inanın.
* Əslində, bütün müasir düşüncələr - protestantlıqdan Kant fəlsəfəsinə qədər - xarici gücü daxili güclə əvəzedir. Yüksələn orta təbəqə bir- birinin ardınca siyasi qələbələr qazanır, xarici güc nüfuzunu itirirdi, lakin onun yerini şəxsi vicdan alırdı. Bu əvəzetmə çoxlarına azadlığın qələbəsi kimi görünürdü.
* Əslində, sadəcə [[əşya]]ların tam rasional qavranması [[mümkün]]dür. Əşyalar "öldürülmədən" hissələrinə ayrıla bilər, [[təbiət]]lərinə [[ziyan]] vurmadan manipulyasiya edilə bilərlər, onları yenidən [[istehsal]] etmək mümkündür. [[İnsan]] əşya deyil. O öldürülmədən hissələrinə ayrıla bilməz, ona [[zərər]] vurmadan manipulyasiya etmək, [[süni]] olaraq yenidən istehsal etmək mümkün deyil. Bioloji olaraq [[həyat]] [[möcüzə]] və [[sirr]]dir, insanın insani tərəfləri bir [[müəmma]]dır. Biz özümüzü və yoldaşlarımızı bəzi yönləriylə tanıya bilirik, ancaq əşya olmadığımız üçün tam qavrama mümkün deyil. Özümüzün ya da bir başqasının [[ruh]]unun dərinliyinə endikcə tam bilgi əldə etmək [[məqsəd]]i daha əlçatmaz olur. Yenə də [[insan]] ruhunun sirrinə, "o"-nun ruhunun nüvəsinə [[nüfuz]] etmək arzusundan özümüzü saxlaya bilmirik.