Güclü: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 1:
{{ABC}}
== B ==
* Bilinməyən, sirr, xəyali, mifik, möcüzəvi, inanılmaz və hətta dəhşətli olanı aşkar, sadə və sağlam olandan üstün tutmaq cəhalətə xasdır. Həqiqət heç vaxt təxəyyülü mövhumatlar qədər güclü şəkildə sarsıtmaz ki, hər kəsin özünə uyğunlaşdıra bilər. Adi insanlar nağılları dinləməyi hər şeydən üstün tuturlar. Kahinlər və qanunvericilər dinlər uydurur və bu nağıllardan sirlər çıxarırlar. Onlardan adi insanların xarakterinə, xasiyyətinə uyğun istifadə edirdilər. Adi camaatın bu meylinə görə keşişlər, şəriət və qanunvericilər vəcd həvəskarlarına, qadınlara və cahillərə bağlandılar. Bu məzmunda olan insanlar tədqiq edə bilmədikləri fikirləri asanlıqla qəbul edirlər. Saflıq və həqiqi sevgi ancaq təxəyyüllərini araşdırma və düşünməklə təşkil edən müəyyən insanlarda olur. Bir kəndin sakinləri heç vaxt öz keşişindən latın dilini dini nitqlərinə həddən artıq qarışdırdıqda ondan məmnun olmurlar. Cahillər, başa düşmədikləri şeylərdən danışan hər kəsi çox alim hesab edirlər. Bu, qəbilələrin sadəlövhlük prinsipi və onlara rəhbərlik iddiasında olanların təsir və hökmranlığıdır. [[Pol Anri Holbax]]
* Bizi güclü edən yediklərimiz deyil, həzm etdirdiklərimizdir. Bizi varlı edən qazandıqlarımız deyil, mühafizə etdiklərimizdir. Bizi elmli edən oxuduqlarımız deyil, beynimizə yerləşdirdiklərimizdir. [[Frensis Bekon]]
 
== C ==
* Cinayətkarların əksəriyyətində, xüsusilə gənclərdə çox güclü günahkarlıq hissi mövcuddur. Həmin günahkarlıq hissi cinayətin həyata keçirilməsindən uzun müddət əvvəl o insanda yaranır. Yəni bu hiss cinayətin səbəbi yox, əksinə, onu motivasiya edən impulsdur. Bu halda insanın törətdiyi cinayət əslində daxilindəki şüuraltı günahkarlıq hissini birbaşa real bir obyektlə əlaqələndirərək, bir az da olsa, rahatlanmaq cəhdidir. [[Ziqmund Freyd]]