Oşo: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 46:
* Heç bir ölüm əslində ölüm deyil, çünki hər ölüm yeni bir qapı açar, bir başlanğıcdır. Həyatın sonu yoxdur, yalnız yeni başlanğıclar, yenidən-doğuşlar mövcuddur.
* Heç bir şeyi ayıblama. Əksinə, onu istifadə et. Hər hansı bir şeyə qarşı olma. Necə istifadə edilə biləcəyinin və çevrilə biləcəyinin yollarını axtar.
* Heç kim sənə sevgini öyrədə bilməz. Sevgi, şüurunuzu daha yüksək səviyyələrə qaldıraraq, özünüzü, varlığınızda tapmalısınız. Sevgi gələndə isə məsuliyyətdən söhbət gedə bilməz. Hər şeyi sevdiyiniz insan üçün etməkdən həzz aldığınız üçün edirsiniz. Siz insanı məcbur etmirsiniz, qarşılığında heç nə istəmirsiniz, hətta minnətdarlıq belə istəmirsiniz. Əksinə, o şəxs sizə onun üçün nəsə etməyə icazə verdiyinə görə minnətdarsınız. Bu, sənin sevincin, saf sevinc idi. Sevgi heç bir məsuliyyət bilmir. Çox şey edir, çox yaradıcıdır; sahib olduğu hər şeyi paylaşır, amma bu, məsuliyyət deyil, unutmayın. Məsuliyyət sevgi ilə müqayisədə çirkin bir sözdür. Sevgi təbiidir. Məsuliyyəti Allah adına, millət adına, ailə adına, din adına sizə ağalıq etmək istəyən hiyləgər keşişlər, siyasətçilər yaradır -- istənilən uydurma iş görəcək. Amma sevgidən danışmırlar. Əksinə, hamısı sevgiyə qarşıdır, çünki sevgi onlar tərəfindən idarə oluna bilmir. Sevgili insan heç bir əxlaq kodeksinə görə deyil, öz ürəyindən hərəkət edir. Sevgili adam orduya getməz, çünki milləti üçün döyüşmək onun vəzifəsidir. Sevgili adam deyəcək ki, millət yoxdur, döyüşdən söhbət gedə bilməz.
* Heç kim üstün deyil, heç kim aşağı deyil, amma heç kim bərabər də deyil. İnsanlar sadəcə olaraq bənzərsizdirlər. Sən sənsən. Mən mənəm. Mən həyata öz potensialımı qatmalıyam; sən həyata öz potensialını qatmalısan. Mən öz varlığımı kəşf etməliyəm, sən öz varlığını kəşf etməlisən.
* Heç vaxt unutma: nə vaxt ki, seçim etmək məcburiyyətində qalsan, riskli, təhlükəli, sığortası olmayanı seç. Heç vaxt zərər görməzsən.