Oşo: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 88:
* Mahatmalar və müqəddəslər deyilənlərin hamısı qorxaqdır. Mən əsla üsyankar bir ruh olduğu deyilə biləcək bircə dənə mahatmaya – hindu, müsəlman, xristian, buddist – rast gəlməmişəm. Üsyankar olmasa, dindar olmaz. Üsyan dinin əsasını təşkil edir.
* Məhəbbət məhbəs deyil. Dustaq həyatı deyil. O, sənin düşündüyündən də geniş və maraqlıdır. Sadəcə sən onu görməyə çalış. Anlamalısan ki, sən kimin əlini və qolunu bağlayırsansa, qarşı tərəf də səni dustaq edir. Əl-qolunu bağlayır.
* Mən gedəndə ümid edirəm ki, dünyada hələ də məni tənqid edəcək cəsarətli insanlar olacaq ki, heç kimin yoluna mane olmayaq. Məni tənqid edənlər mənim düşmənim olmayacaq; tənqid etdiyim adamların da düşməni deyiləm. Yalnız maariflənmiş ustadların işini başa düşmək lazımdır.
* Mən nə Qərbin, nə də Şərqin tərəfindəyəm. Mən məhəbbətin tərəfindəyəm!
* Mən sevirəm, çünki sevgim sevgi obyektindən asılı deyil. Mənim sevgim vəziyyətimdən asılıdır. Deməli, qarşıdakı insan dəyişirmi, fərqli olurmu, dost düşmənə çevrilirmi, fərqi yoxdur, çünki mənim sevgim heç vaxt başqasından asılı olmayıb. Mənim sevgim mənim vəziyyətimdir. Mən sadəcə sevirəm.
* Mən sənə yaşamağı, sevməyi, rəqs etməyi, mahnı oxumağı və gözləməməyi öyrədirəm.
* Məni tənqid edənlər mənim düşmənim olmayacaq; tənqid etdiyim adamların da düşməni deyiləm. Yalnız maariflənmiş ustadların işini başa düşmək lazımdır.
* Mənimlə illüziyalar mütləq dağılacaq. Mən bütün illüziyaları dağıtmaq üçün buradayam. Bəli, sizi qıcıqlandıracaq, bezdirəcək - mənim fəaliyyət və işləmə tərzim belədir. Səni kökündən təxribat edəcəyəm! Bir ağıl olaraq tamamilə məhv edilmədikcə, sizin üçün heç bir ümid yoxdur.
* Min illərdir batıb qalmışıq, sadəcə əşyalar inkişafını davam etdirir: daha yaxşı maşınlar, daha yaxşı təyyarərlər, daha yaxşı bombalar, amma daha yaxşı insanlar yoxdur. İnsanın ilişib qalması, amma başqa hər şeyin böyüməyə davam etməyi təhlükəli bir vəziyyətdir. İnsan öz irəliləməsinin, öz texnologiyasının, öz elminin altında qalacaq. İnsan da böyüməlidir; insan daima öndə olmalıdır.
 
== N ==
* Nə vaxt fahişələrlə görüşsəm, onlar heç vaxt seksdən danışmırlar. Onlar ruhu və Allahı soruşurlar. Mən çoxlu zahid və rahiblərlə də rastlaşıram və biz tək olanda onlar seksdən başqa heç nə soruşmurlar. Həmişə cinsi əlaqəyə qarşı təbliğat aparan zahidlərin sanki buna əsir olduğunu öyrənəndə təəccübləndim. Onlar bununla maraqlanır və bundan narahat olurlar; onlarda bu zehni kompleks var, buna baxmayaraq onlar din haqqında və insandakı heyvani instinktlər haqqında moizə deyirlər. Və seks çox təbiidir.