Oşo: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 34:
== Ə ==
* Əgər sən məhəbbətə hər hansı fiziki ehtiyacını ödəmək məqsədi ilə baxırsansa, müəyyən müddətdən sonra cansıxıcı, monoton və rəngsiz həyatdan bezəcəksən. Belə həyat miraj kimidir. Yaxınlaşdıqda itir və sənin üçün mənasızlaşır.
* Əgər yaşayırsansa, risk almağa məcbursan, həyat riskdir. Yalnız ölüm təhlükəsizdir, həyat heç vaxt təhlükəsiz deyil - təhlükəsizlik yoxdur.
* Əsl gözəllik qəlblərdə yaşayır, gözlərdə əks olunur və əməllərdə özünü göstərir.
* Əslində sən bölünmüş deyilsən. Reallıqda sən ahəng içərisində olan bir bütövsən. Amma bir bütün olmadığını düşünməyə şərtləndirilmisən. Və əgər ruhi bir varlıq olmaq istəsən, bədəninlə mübarizə aparmaq lazım olduğun öyrədilib. Bədənini fəth etmək, onu məğlub etmək, yox etmək… Mümkün olan hər vasitəylə ona işgəncə verməyin lazımdır.