Jül Vern: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 110:
* İnsan, maşın onu yeyənə qədər maşın icad edəcək.
* İnsan tək deyil, cəmiyyətdə yaşamaq üçün yaradılmışdır. Təklik ümidsizlik yaradır. Bu yalnız vaxt məsələsidir. Ola bilsin ki, yenicə dənizin dalğalarından xilas olmuş bədbəxt insanı ilk anlar avadanlıqlar, həyat ehtiyaclarını ödəmək kimi fikirlər əsas fikirlərdən yayındıracaq və onun başı real həyata qarışacaq və o, qeyri-müəyyən gələcək barədə düşünməyəcək. Ancaq vaxt gələcək ki, o, özünü insanlardan uzaqda, vətənini, sevdiyi insanları görməyə heç bir ümidi olmayan tənha insan kimi hiss edəcək. Bu halda o nə cür düşünməli, hansı iztirablara məruz qalmalıdır? Onun adası onun üçün bütöv bir dünya, bütün bəşəriyyət isə onun özü olacaq... Və bu tənhalıqda dəhşətli ölüm anı gələndə o özünü dünyanın sonundakı ən axırıncı insan hiss edəcək...
* İnsan ümidsizliyin anası olan tənhalıq üçün deyil, yoldaşlıq üçün yaradılmışdır.
* İnsanlar ildırımsız tufandan çox qorxmurlar. Təhlükəli olan isə ildırım yox, şimşəkdir.
* İsti yaxşıdır, xüsusən qışda, yayda o, bizim nəyimizə lazımdır?