Oşo: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 115:
* Ölüm qorxusu ilə qılınan dualar Allaha edilən dualar deyil. Yalnız sevinclə dolu olan şəxs Allahın məbədinə çatır. Allahın Padşahlığı sevinc və gözəlliklə doludur və Allahın məbədinin zəngləri yalnız hər cür qorxudan azad olanlar, qorxmaz olanlar üçün çalınır.
* Ölüm və doğum, ruhun böyük ziyarətində yalnız kiçik epizodlardır. Ölüm qorxunuz özünüzlə təmasda olduğunuz anda dərhal yox olacaq. VƏ bu kəşf edilməli olan tamamilə yeni bir səmanı açır. Ölümün olmadığını bildikdən sonra bütün qorxular yox olur. Bilinməyən qorxusu, qaranlıq qorxusu. Bütün qorxular yox olur. Siz ilk dəfə əsl macəraçı olmağa başlayırsınız. Sizi əhatə edən müxtəlif sirrlərə keçməyə başlayırsınız. Varlıq ilk dəfə sizin evinizə çevrilir.
* Öyrənməli olan yeganə şey müşahidə etməkdir. Baxın! Etdiyiniz hər bir hərəkətə baxın. Ağıldan keçən hər fikrə diqqət yetirin. Sizi əhatə edən hər arzuya diqqət yetirin. Hətta kiçik jestlərə də baxın - necə gəzirsiniz, danışırsınız, yemək yeyirsiniz, vanna qəbul edirsiniz. Hər şeydə, hər yerdə izləməyə davam edin. Qoy hər şey müşahidə etmək fürsətinə çevrilsin.
* Özünə qarşı dürüst olmağı unutma. Necə? Üç şeyi xatırlamaq lazımdır! Bir, nə olmağın lazım olduğunu sənə söyləyənləri əsla dinləmə: öz ürək səsini dinlə, sən necə olmaq istəyirsən? Yoxsa həyatın xərclənər gedər.
* Özünü bilən, öz varlığını anlayan, həyatın mənasını anlayan insanda anidən bir güc partlayışı olar. Lakin, bu daha çox sevgi kimdidir, mərhəmət kimidir. Günəş işığından çox, ay işığı kimidir; sərin, sakit, gözəl. Belə bir insanın dəyərsizlik kompleksi yoxdur. O qədər doludur, o qədər doyğundur, o qədər dincdir ki, başqaları üzərində güc sahibi olmağı arzulamasına heç gərək yoxdur.