Siyasət: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 4:
* Bir ölkənin müharibəyə getməsinin bir çox səbəbi olsa da , əsas məqsədi aşağıdakı kimi ümumiləşdirilə bilər: əks siyasət yürüdən qarşı tərəfin səylərinə qarşı siyasətinin davamını təmin etmək . Münaqişənin mənbəyi və hərəkətverici qüvvəsi insan iradəsindədir. [[Basil Hart]]
* Biz Afinalılar, siyasət ilə əlaqədar qərarları uyğun müzakirələrdən sonra alırıq; ən pis olan şey, nəticələri müzakirə edilmədən bir siyasətin tətbiq olunmasıdır. [[Fukidid]]
* Biz “siyasət” sözünə nə qədər xor baxsaq da, onun ən faydalı cəhətlərindən biri də qan tökülməsinin dayandırılmasıdır. Hə, qan töküləcək. Ancaq nəsillər uzaqlaşır və insanlar dəyişir və tamamilə qeyri-mümkün hesab edilən şeylər birdən-birə gündəlik olur. [[Terri Pratçett]]
* Bizi bunlar yox edə bilər: ölkəsiz siyasət; vicdanı üstələyən əyləncə; əziyyətsiz var-dövlət; intellektual, ancaq xaraktersiz “insan”lar; əxlaqi cəhətdən kasıb biznes; insan sevgisini alt plana itələmiş bilik; fədakarlığı zəif din anlayışı. [[Mahatma Qandi]]
* Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır. [[Heydər Əliyev]]
Sətir 10 ⟶ 11:
* Böyük siyəsəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz. [[Heydər Əliyev]]
* Bütün dünyaya qorxu gətirmək istəyən, hər prezidentin öz kiçik müharibəsinin olduğu siyasət arxada qalmalıdır. [[Mixail Qorbaçov]]
 
== D ==
* Din bəşər övladının iyrənc xəstəliyi, siyasət isə onun bədənində xərçəngdir. [[Anri de Monterlan]]