Külək: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 58:
* Yağıs kommunistdir - hər kəsə bərabər yağar, Külək isə kapitalistdir - zəif olanı yıxar. [[Ernesto Çe Gevara]]
* Yağışı sevdiyini söyləyirsən, amma yağış yağınca çətiri açırsan, günəşi sevdiyini söyləyirsən, amma günəş çıxanda kölgəyə qaçırsan, küləyi sevdiyini söyləyirsən külək başlayanda pəncərəni örtürsən. Bax bundan qorxuram, çünki məni də sevdiyini söyləyirsən. [[Uilyam Şekspir]]
* Yoldan uzaqda geniş əkin sahəsi açılırdı. Məni ondan tikanlı iki məftildən ibarət çəpər ayırırdı, gördüm ki, bu çəpər məndən bir mil ətrafda külək üçün yeganə maneə olan üç-dörd ağac aralıdadır. Çəpərin uzunluğu boyu, xüsusilə, altdakı məftilə hər cür uçuşan zir-zibil ilişib qalmışdı. Onlar dalğaların dəniz kənarına atdığı qırıntılara oxşayırdı; görünür, külək bütün bunları yoluna bu ağaclar və iki məftil çıxana kimi uzun müddət qovmuşdu. Yuxarıda, ağacların budaqlarında da plastik lentlər və qovluq parçaları külək istiqamətində şappıldayırdı. Birinci və axırıncı dəfə onda, orda dayanıb bütün bu ətrafdakı zibilə baxıb, boş zəmilərin üstündən keçən küləyi hiss edib, bir az xəyala daldım. Çünki hər halda bura Norfolkdur və Tommini itirdiyim vaxtdan iki həftə keçirdi. Zibil, budaqlarda şappıldayan qovluqlar, tikanlı məftildə ilişib qalmış, ağla gələn “sahil xətti” haqda düşündüm və gözlərimi yumub buranın uşaqlıqdan bəri itirdiyim hər şeyin atıldığı yer kimi təsəvvürümə gətirdim və indi məhz lazım olan yerdə durmuşam, səbrlə gözləsəm, onda əkin sahəsinin üfüqündə balaca bir fiqur əmələ gələcək, Tommi olana kimi tədricən böyüməyə başlayacaq, onda o mənə əl eləyəcək, bəlkə nəsə qışqıracaq da. Təxəyyülüm bundan o yana getmədi. Çünki ona icazə vermədim, baxmayaraq ki, yanağımdan yaşlar axırdı, hönkürmürdüm, özümü idarə edə bilirdim. Sadəcə bir az daha dayandım, sonra maşına tərəf döndüm, sükan arxasına keçdim ki, olmalı olduğum yerə gedim. [[Kazuo İşiquro]]
 
== Z ==
* Zülm küləyi əsən dənizdən intiqam buxarı qalxar. [[Hind atalar sözləri]]