Mark Avreli: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Teqlər: Geri qaytarıldı Vizual redaktor Mobil redaktə Mobil veb redaktə
k 2001:D08:1838:AED6:9910:D372:E46E:27E7 (müzakirə) tərəfindən edilmiş redaktələr geri qaytarılaraq Rəşid Nurməmmədov tərəfindən yaradılan sonuncu versiya bərpa olundu
Teq: Geri qaytarma
Sətir 1:
[[Şəkil:Statua Marco Aurelio Musei Capitolini Fronte2.JPG|thumb|right|Mark Avreli]]
'''Mark Avreli Antonin''' (lat. ''Marcus Aurelius Antoninus''; 26 aprel-121-17 mart 180) — Antoninlər sülaləsinindən Roma imperatoru (161-180), filosof,
{{ABC}}
== B ==
* Başqası səni günahlandıranda, sənə nifrət edəndə və ya insanlar buna bənzər tənqidlər səsləndirəndə, onların ruhuna get, içinə gir və gör necə insanlardır. Başa düşəcəksiniz ki, sizin haqqınızda hər hansı xüsusi fikirdə olmaları üçün narahat olmağa ehtiyac yoxdur.
* Bədənin hər şeyi çay kimi axıb gedir, ağlın hər şeyi xəyal və aldanışdır; həyat müharibədir və qərib ölkəyə səfərdir; yeganə qalıcı şöhrət unudulmaqdır.
* Bir xeyirxah işi o biri xeyirxah işlə elə yanaşı qoymaq lazımdır ki, onlar arasında heç bir boşluq yaranmasın. Mən bunu həzz almaq adlandırıram.
* Bir şey sizin gücünüzdən kənardadırsa, o zaman bir insan üçün ümumiyyətlə mümkün olmadığına hələ qərar verməyin. Ancaq bir insan üçün mümkün olan və ona xas olan bir şey varsa, o zaman bunun sizin üçün mövcud olduğunu düşünün. <ref>Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh. 74</ref>
* Biz minilliklər boyu dünyaya mənəvi, estetik, dini tələblər qoyduğumuza, ona kor-koranə istəklə, ehtirasla və ya qorxu ilə baxdığımıza və özümüzü məntiqsiz düşüncənin pis vərdişlərinə buraxdığımıza görə, bu dünya getdikcə heyrətamiz dərəcədə rəngarəng, qorxulu, mənalı, ruhlu, rəng almışdır - lakin biz rəngkar olmuşuq: zahiri görünüşləri meydana çıxaran və öz səhv əsas anlayışlarını əşyalara daşıyan insan zəkasıdır.
* Biz varıqsa, ölüm yoxdur və ölümün bizə heç bir aidiyyəti yoxdur. Ölüm varsa, deməli biz artıq yoxuq.
* Bizim həyatımız – bizim onun haqqında nə düşündüyümüzdür.
* Boşboğazlarla razılaşmağa tələsmə!
* Bütün indiki zaman – əbədiyyət anıdır.
== D ==
* [[Dost]] elə bir insandır ki, sizin haqqınızda hər şeyi bilir, bununla belə, sizi sevir.
Sətir 113 ⟶ 126:
* Yanında olan insanlara sevgin sənin düzgün və xoşbəxt yaşamağına zəmin yaradacaq.
* Yaşamağın mümkün olduğu hər yerdə yaxşı yaşamaq olar.
== İstinadlar ==
{{İstinad siyahısı}}
 
== Mənbə ==
* Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014
[[Kateqoriya:Əlifba sırasına görə şəxslər]]
[[Kateqoriya:121-ci ildə doğulanlar]]