Əli: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
k r2.6.6) (Bot redaktəsi əlavə edir: uk:Алі ібн Абу Таліб
Redaktənin izahı yoxdur
Sətir 1:
* Üstün olmaq ehtiyata əməl etməklə olur. Ehtiyata əməl etməksə düşünüb-daşınmaqla olur. Düşünüb-daşınmaq da sirləri gizləməkdədir.
* Səbr iki cürdür: istəmədiyin, xoşlamadığın şeyə səbr etmək; sevdiyin, dilədiyin şeyə səbr etmək.
* Zənginlik qürbətdə vətəndir, yoxsulluq vətəndə qürbət.
* Dil yırtıcıdır, cilovu buraxıldımı, hücum çəkər, parçalar.
* Hər sayılan bitər, hər gözlənən çatar.
* Qədrini (həddini) bilməyən şəxs məhv olar.
* Hər kəs üçün şirin, acı bir son vardır.
* Hər gəlib çatan dönüb gedər, hər dönüb gedən gəlməmişə, olmamışa dönər.
* Zaman geciksə də, nəticə geciksə də, səbr edən mütləq zəfər çalar.
* Gözü­­ açıq olana sabah açılmışdır.
* Ey Adəm oğlu, ehtiyacından artıq qazandığın şeyi başqası üçün yığırsan.
* Kim həya libasına bürünsə, xalq onun ayıblarını görməz.
* Sənin haqqında yaxşı zənndə olanın zənnini gerçəkləşdir.
* Xainlərə vəfa etmək Allaha xəyanətdir.
* Qısqanc olan, qeyrət sahibi kimi tanınan qətiyyən zina etməz.
* Dostluq yaxınlığa möhtacdır, onunla tamamlanır; fəqət yaxınlıq dostluğa, sevgiyə daha çox möhtacdır; yaxınlıq sevgi ilə olur.
* Daş haradan atılıbsa oraya tullayın: çünki şəri şər aparar.
* Günaha bataraq üstünlük qazanan, üstünlük əldə etməmişdir; o, şərlə ucalan zəlalətə düşmüşdür.
* Hər şəxsin malına iki ortaq vardır: mirası və zəmanə.
* Şiddət son dərəcəyə çatanda fərəhli anlar başlar. Bəla həlqələri daralanda genişlik üzə çıxar.
* Xeyiri azaltmayın, kiçiltməyin, çünki onun kiçiyi də böyükdür, azı da çoxdur.
* Qoynunda yaşadığın şəhər sənə ən layiq olan şəhərdir. Şəhərlərin ən xeyirlisi güzəranını keçirə bildiyindir.
* Qadınların pislərindən çəkinin, xeyirlilərinə ehtiyatla yanaşın.
* İki şey var ki, itirilməmiş qədri bilinməz: gənclik və dinclik.
* Şəhvətə qul olan pulla alınan kölədən, quldan da aşağıdır.
* Abırlı olmağın ən ucası insanın özü özündən utanmasıdır.
* Elə qan var ki onu dil tökər.
* İnsanın dili olmasa, insan söz söyləməsə, surətə bürünmüş bir varlıqdan, yaxud başı açıq buraxılmış otlayan bir heyvandan onun fərqi varmı?
* Birinin əleyhinə söylənən sözü dinləyən o sözü söyləyən kimidir.
* Allahın sənə verdiyi nemətləri itirmə, Onun verdiyi nemətlərin əsəri səndə görünməlidir.
* Savaşda birisini savaşmağa çağırma, fəqət səni çağıran olsa, get: çün, savaşa çağıran asidir, asininsə öldürülməsi gərəkdir.
* Bir evdəki qəsb edilmiş tək bircə daş o evin dağılması üçün bəsdir.
* Ağıl haqqın carçısıdır.
* Ağıl möminin səmimi dostudur.
* Ağılsızlıq kimi müsibət yoxdur.
* Batil nizamlı, haqq pərakəndə olarsa, batilin haqq üzərində qələbə çalması haqdandır.
* Həyanın ən yüksək zirvəsi insanın özü-özündən həya etməsidir.
* Qəzəb və sərtlik dəliliyin bir növüdür. Çünki bunlara sahib olan peşimançılıq çəkər. Əgər peşiman olmasa, dəliliyi qətidir.
* Şəxsiyyətə görə haqqı dəyərləndirmə, haqqı bil ki, onun yolçularını da tanıyasan!
* Ən böyük düzgünlük və mənfəət ağıllı, iman və mənəviyyat sahibi olan insanlarla yoldaşlıq etməkdədir.
* İnsanda bir ət parçası var ki, bədənə bir damarla bağlanmışdır. Bu ürəkdir və çox təəccüblü bir üzvdür. Onun hikmətə aid və zidd şeyləri vardır. O, ümidə qapılsa, tamah onu alçaldar. Ümidsizliyə düşsə, kədər məhv edər onu. Xoşnud olsa, qorunmağı unudar. Qorxuya düşsə qorunmağa başlar. Təhlükə sovuşanda qəflətə düşər. Bir müsibətə uğrayanda qərarsız bir hala gələr. Bir mal tapdımı, zənginlik onu azdırar. Yoxsulluq onu çulğayanda bəlaya düçar olar. Aclığa düşəndə zəiflik onu çökdürər, toxluq edəndə mədə dolğunluğundan narahat olar. Hər xüsusda geri qalmaq ona zərər yetirər, hər işdə irəli getmək onun halını pozar.
* Dostunu ehtiyatla sev, ola bilər ki, bir gün sənə düşmən kəsilsin; düşməninlə də ehtiyatla davran, ola bilər, bir gün səninlə dost olsun.
* Sözün yeri könüldür, ismarlandığı yer düşüncədir, onu qüvvətləndirən ağıldır, meydana çıxaran dildir; bədəni hərflərdir, canı isə mənadır; bəzəyi – biçimli söylənməsidir; düzgünlüyü isə doğruluğundadır.
* Ən aciz şəxs insanlar arasında dostu olmayandır, onlardan da acizi dostu olub onu itirənlərdir.
* Dostunu, qardaşını üç halda qorumasan, tam dost ola bilməz: düşkünlük vaxtı, özü olmayanda, ölümündən sonra.
* Dörd şey verilənə dörd şey haram olmaz: dua edən duasının icabətindən (qəbul olunacağından), tövbə edən tövbəsinin qəbulundan, günahının bağışlanmasını istəyən onun bağışlanacağından, şükr etməyə fürsət tapan nemətin çox olmasından məhrum olmaz.
* İnsan öz dilinin altında gizlənmişdir.
* ... Aranızdan biri bəyəndiyi, xoşladığı qadına baxınca getsin, öz zövcəsinə yaxınlaşsın; bu da qadındır, o da. (Əshabı ilə otururdu, gözəl bir qadın keçdi, hamının gözü o qadına dikildi; bunu görüb dedi.)
* Bu insana təəccüblənirəm: bir yağ parçası ilə görür, bir ət parçası ilə söyləyir, bir sümüklə doyur, bir dəliklə nəfəs alır.
* Öl, ancaq alçalma, aza kifayətlən, abrını tökmə. Çalışıb bir şey əldə edə bilməyən şəxs oturmaqla heç bir şey qazana bilməz.
* Sənə rəğbət və məhəbbəti olan şəxsə rəğbət bəsləməməyin nəsibi nöqsana düşməkdir. Səndən xoşu gəlməyənə rəğbət göstərməyin isə alçalmaqdır.
* Üzün suyu (abır) donmuş vəziyyətdədir. Ancaq bir şey istəyən kimi əriyər və damla-damla süzülər. Üzünün suyunu kimə tökdüyünə diqqət et.
* Elə qadınlarla izdivac edin ki, gözləri iri, əlinin içi böyük, buğdayı rəngli, ortaboylu olsun. Əgər bu cür qadını seçdiyiniz zaman (ondan) razı olmasanız, onun mehriyyəsi mənim boynuma.
* On səkkiz yaşa qədər əql ilə dəlilik mübarizədədir; on səkkiz yaş tamam olandan sonra hansı biri çox olsa, digərinə qalib gəlir.
* Həqiqəti insanların ölçüləri ilə deyil, insanları həqiqətin ölçüləri ilə tanı.
* Bədənində baş nə isə, imanda da səbir odur.
* Cənnətə girmək təəccüb ediləcək bir hünər deyildir; Mərifət – dünyada Cənnətə çata bilməkdir.
* Bu ümmətin ən yaxşı şəxsi üçün belə Allahın əzabından əmin-amanlıq hiss etmə. Çünki Allah-Taala buyurub: Allahın məkr və tədbirindən, xəsarətə uğrayanlardan başqası əmin-amanlıq hissi keçirməz.<ref>[http://az.wikisource.org/wiki/%C6%8Fraf_sur%C9%99si Əraf surəsi], 99</ref> Bu ümmətin ən pis şəxsi üçün belə Allahın rəhmət və mərhəmətindən ümidsiz olma, çünki Allah-Taala buyurur: Həqiqətən Allahın rəhmətindən fasiqlərdən başqası ümidsiz olmaz.<ref>[http://az.wikisource.org/wiki/Yusif_sur%C9%99si Yusif surəsi], 87</ref><ref>Şeyx Razi, "Nəhcül Bəlağə, hikmət 377</ref>
 
== Öyüd-nəsihət ==
 
* Gələcək nəsillər sizdən öyüd götürməmişdən qabaq, siz öz keçmişlərinizdən öyüd götürün.
* Kim camaatdan öyüd götürməsə, Allah onu camaat üçün öyüd mənbəyi edər.
* Ağıllı o adamdır ki, təcrübələr ona öyüd verir.
* Zəmanənin öyüdlərini başa düşən şəxs dövrana nikbin olmaz.
* Kim öz nəfsi ilə siyasət apararsa, (onun ağası və rəhbəri olarsa) xalq üzərində də siyasət yürütmək məqamına çatar.
* Öz nəfslərinizlə təqva ilə siyasət aparın və xəstələrinizi sədəqə verməklə müalicə edin.
* Hökmdar öz ordusu ilə siyasətlə davranmazdan əvvəl, özü ilə siyasətlə davranmalıdır.
* Yeniyetmənin qəlbi, səpilən hər bir şeyi qəbul edən boş yer kimidir. Buna görə də mən sənin qəlbin bərkiməmiş və zehnin (başqa şeylərlə) məşğul olmamış səni tərbiyə etməyə başladım.<ref>İbn Əbil Hədid, "Şərhi NəhcülBəlağə", c. 16, səh. 66</ref>
* Möhkəm dağları yerindən qoparmaq bir-birinə nifrət edən qəlbləri bir-birinə bağlamaqdan daha asandır.<ref>Əllamə Məclisi, "Biharul Ənvar", c. 78, səh. 11, hədis 70</ref>