Məhəmməd: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
k Bot: Migrating 23 interwiki links, now provided by Wikidata on d:Q9458
Mənbəsiz bütün sitatlar silindi
Sətir 39:
 
== A ==
*[[Allah]] o kəsə rəhmət etsin ki, sözlərindən artığını saxlayar, malının artığını isə sədəqə verər (paylayar).
*Allah buyurur: “Sevdiyim adamlar üçün mən onun eşitdiyi səsəm, gördüyü gözəm, işlk əlləriyəm, gəzən ayaqlarıyam”.
*Alimin iki rəkət namazı, alim olmayan adamın yetmiş rəkət namazından üstündür.
*[[Allah|Allaha]] diqqətlə qılınan iki rəkət namaz,[[Allah|Allahdan]] qəflətdə qılınan min rəkət namazdan üstündür.
*[[Allah|Allah-təala]] sevdiyi bəndəsini çətinliyə salar ki, onun ahuzarını eşitsin.
*[[Allah|Allah-təala]] ata və anaya yaxşılıq edən insanın ömrünü uzadar.
*[[Allah|Allah-təala]] bütün danışanların dilinə nəzarətçidir. Bəndə Allahdan qorxmalı və nə danışdığına fikir verməlidir.
*[[Allah|Allah-təala]] duada israr edənləri sevər.
*[[Allah|Allah-təala]], bəndəsinin Ona tərəf uzadılmış əlini geri qaytarmaqdan və onu ümidsiz qoymaqdan həya edər.
*[[Allah|Allah-təala]] boş söz-söhbətləri sizə qadağan etdi.
*[[Allah|Allah-təala]] övladlarınız arasında, hətta onları öpərkən belə ədalətə riayət etməyinizi sevir.
*[[Allah|Allah-təala]] yalnız rəhimli bəndələrinə rəhm edər.
*[[Allah|Allah-təala]] behişti nə dediyinə və onun haqqında nə deyildiyinə əhəmiyyət verməyən pis danışıqlı adamlara haram etmişdir.
*[[Allah]] rəhmət etsin o kəsə ki, öz dilini islah edər.
*Allahın yanında o şəxsi daha çox sayırıq ki, öz hakimiyyəti altında olan günahkarları bağışlayır.
*Az günah etsən, ölüm sənə asan olar.
 
== B ==
*Beşikdən qəbrədək elm axtarışında olun.
*Bir müsəlman digər müsəlmandan üç gündən artıq küsülü qalmamalıdır.
*Bir şəxsi işlətmək üçün əcir tutduqda, haqqını ona əvvəlcədən elan edin.
[[Şəkil:Quran_cover.jpg|thumb|right|180px|Beşikdən qəbrədək elm axtarışında olun.]]
*Bir şəxs özü üçün istədiyini din qardaşı üçün də istəmədikcə mömin olmaz.
*Bir bəndə öldükdə camaat deyər: "Özündən sonra nə qoydu getdi?" Və mələklər deyər: "Özü ilə nə gətirdi?"
*Bir-birinizə əl verin ki, qəlbinizdən kin xaric olsun.
*Bir dəfə Məhəmməd peyğəmbər həsir üstündə yatmışdı və qalxanda üstbaşı çox çirklənmişdi. Kimsə ona dedi: “Ey Allahın elçisi! Əgər istəsəydin mən sənə yumşaq yataq göndərərdim”. Məhəmməd peyğəmbər cavab verdi: “Bu dünyada mənə nə lazımdır? Axı, mən burada ağacın kölgəsində dincələn və tezliklə gedəsi bir səyyah kimiyəm”.
*Bizi aldadan bizdən deyildir.
*Bu dünyada sizin üçün bir müsafirin azuqəsi qədər olan mal kifayətdir.
 
== C ==
*Camaata verilən heç bir sədəqə onların arasında yayılan elmdən üstün deyildir.
*Cahil bir şəxs ya ifrat edər, ya da geridə qalar.
 
== Ç ==
*Çox gülmək qəlbi öldürər.
*Çox yemək qəlbdə qəsavət (daşürəklilik) yaradır.
[[Şəkil:Kaaba mirror edit jj.jpg|right|thumb|180px|Dünyanın şirinliyi axirətin acılıgı və dünyanın acılığı axirətin şirinliyidir.]]
 
== D ==
*[[Dostluq|Dostlarınızın]] ən yaxşısı eyblərinizi sizə deyəndir.
*Dünya möminin zindanı, kafirlərə behiştdir.
*Dünyada hamıdan tox olan, qiyamətdə hamıdan ac olacaq.
*Dünyanın şirinliyi axirətin acılıgı və dünyanın acılığı axirətin şirinliyidir.
 
== E ==
*Ey Əli, qiyamət günündə nicat tapanlar, yalnız sən və sənin şiələrindir.<ref>Şeyх Tusi, “İхtiyarül mə`rifətir rical”, 1-ci cild, 211-ci səh</ref><ref>Şazan ibn Cəbrayıl Qummi, “Əl-fəzail”, 121-ci səh</ref><ref>Əli ibn Yunis Amuli, “Əs-siratül-mustəqim”, 1-ci cild, 209-cu səh</ref><ref>Hüseyn ibn Süleyman Hilli, “Əl-müхtəsər”, 94-cü səh</ref><ref>Seyid Haşim Bəhrani, “Hilyətül-əbrar”, 2-ci cild, 410-cu səh</ref> və <ref>“Biharül-ənvar”, 27-ci cild, 143-cü səh</ref>
*Elə bir şəxs yoxdur ki, təvazökar olsun, Allah da onu ucaltmasın.
*Elm öyrənənin (din tələbəsinin) əcəli çatdıqda, şəhid kimi ölər.
*Elm ilə birgə olan yuxu, cəhl ilə birgə olan ibadətdən üstündür.
*Evlənməyin ən yaxşısı odur ki, asan başa gəlsin.
[[Şəkil:Love heart.jpg|thumb|right|180px|Mən hara, dünya hara?! Mənim dünyadakı vəziyyətim bir ağacın kölgəsində oturan, sonra onu orada qoyaraq durub gedən müsafir kimidir.]]
 
== Ə ==
*Əməl olunan elmdən savayı, bütün elmlər qiyamət günündə vizrü-vəbal olacaqdır.
*Əməllərinizi [[Allah]] üçün xalisliklə yerinə yetirin. Həqiqətən, [[Allah]] yalnız Onun üçün xalisliklə yerinə yetirilmiş əməlləri qəbul edir.
*Əgər öz yaxşı işindən sevinib, pis işindən narahat olursansa, deməli, möminsən.
*Əməkçinin haqqını onun təri soyumamış ver.
 
== G ==
*Günahdan tövbə odur ki, onu təkrar etməyəsiniz.
 
== H ==
[[Şəkil:Dcp7323-Edirne-Eski Camii Allah.jpg|thumb|right|150px|Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin.]]
*Hamının istifadə elədiyi şeyi mənimsəyən adam günahkar və qanunu pozmuş olur.
*Həyatda insanın üç [[dostluq|dostu]] var: dostunun dostu, öz dostu və düşməninin düşməni.
[[Şəkil:Dcp7323-Edirne-Eski Camii Allah.jpg|thumb|right|150px|Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin. Həqiqətən, Allah yalnız Onun üçün xalisliklə yerinə yetirilmiş əməlləri qəbul edir.]]
*Hər bir xeyir iş mərhəmətdir. Qardaşını salamla qarşılayıb öz tuluğundan onun bardağına su tökmək məgər xeyirxahlıq deyil?
*Hər kəs çox yeməyi adət etsə, ürəyi qəsavət bağlayar (daşlaşar).
*Hər kəs özünü hansı dəstəyə oxşadırsa, həmin dəstədəndir.
*Hər kəs Allahdan bir şey istəməsə, [[Allah]] ona qəzəblənər.
*Heç bir işi sabaha saxlama ki, hər günün öz işi var.
*Heç bir kəs gücü catmayan şeyi qonağı üçün hazırlamamalıdır.
 
== X ==
*Xalqa möhtac olmayın və ondan bir diş çöpü belə istəməyin.
*Xalqın ən şücaətlisi öz nəfsinə qalib gələn şəxsdir.
 
== İ ==
*İki saleh qohumundan həyat etdiyin kimi [[Allah|Allahdan]] həya et.
*İki savaşanı aralamaq rəhmdilikdir, adamı yəhərə oturtmaq və kisəsini qaldırıb ona vermək də rəhmdilikdir; xoş sözlər demək – minnətdarlıq etmək də, soruşana mülayim cavab vermək də rəhmdilikdir. Çaqqal gavalısı və yola düşən daşkimi adamları incidənlərin aradan götürülməsi də rəhmdilikdir.
*İsrafın bir növü də ürəyin istədiyi hər bir şeyi yeməkdir.
*İnsanların çoxunun dəyərini bilmədiyi iki şe vardır: sağlamlıqları və zamanları.
*İnsanların ən xeyirlisi insanlara ən çox faydalı olandır.
*İnsanlarla iltifatlı ol və kobudluq etmə; xoş davran və onlara həqarətlə baxma. Cənnətin açarlarını soruşan yəhudi və xristianlara de ki, cənnətin açarları Allahın varlığını sübut edənlər və xeyir işlər görənlər üçündür.
 
== K ==
* Kim məsləhətləşsə peşman olmaz və kim də orta həddi gözləsə, yoxsul olmaz.
[[Şəkil:Turkey.Konya001.jpg|thumb|right|144px|Möminin çətinliyi hamıdan çoxdur, çünki o həm dünya, həm də axirət işləri ilə məşğul olmalıdır.]]
 
== Q ==
* Qəzəbləndiyin zaman, sakit ol.
* [[Qadın|Qadının]] cihadı ərinə yaxşı baxmasıdır.
* [[Qadın|Qadının]] bərəkətli olmasının əlaməti budur ki, elçiliyi asan, mehriyyəsi isə yüngül olsun.
* Qardaşın (öz din) qardaşına olan gizli duası rədd ediləsi deyil.
 
== M ==
*Möminin çətinliyi hamıdan çoxdur, çünki o həm dünya, həm də axirət işləri ilə məşğul olmalıdır.
*Mən hara, dünya hara?! Mənim dünyadakı vəziyyətim bir ağacın kölgəsində oturan, sonra onu orada qoyaraq durub gedən müsafir kimidir.
*Mən elm şəhəriyəmsə, Əli onun qapısıdır.<ref>[http://ia700408.us.archive.org/24/items/waq28906/28906.pdf Heysəmə, “Min hədisi Heysəmə ibn Süleyman”, səh. 200]</ref><ref>[http://waqfeya.com/book.php?bid=7095 Hakim ən-Nişapuri “Müstədrək”, c. 3, səh. 137, hədis 4637]</ref>
*Mən hikmət eviyəmsə, Əli onun qapısıdır.<ref>[http://ia600300.us.archive.org/32/items/wahawaha/fshaba.pdf Əhməd ibn Hənbəl, “Fədail əs-səhabə”, c. 2, səh. 634-635, hədis 1081]</ref><ref>[http://islamport.com/d/1/mtn/1/35/923.html Təbəri, “Təhzibul Əsər”, c. 4, səh. 123, hədis 1414]</ref><ref>Əbu Nuaym əl-İsfahani, “Marifətus Səhabə”, c. 1, səh. 106, hədis 347</ref><ref>ibni Əsakir “Tarixi Dəməşq”, c. 42, səh. 378, hədis 44629</ref>
*Müdrik adamı dinləmək və başqalarını həqiqətə inandırmaq qanunun tələblərini yerinə yetirməkdən daha yaxşıdır.
*Məhəmməd peyğəmbər soruşdu: “Siz necə fikirləşirsiniz, qadın öz uşağını odun içinə atarmı?” Ona cavab verdilər: “Yox”. Onda peyğəmbər dedi: “Axı, Allah öz yaratdıqlarına ananın öz övladına qarşı olduğundan daha mərhəmətlidir”.
 
== O ==
*Oruc tutarkən obaşdan yeyin, çünki obaşdanlıq bərəkətin əsasıdır.
*O işi ki, istəmirsən camaat səndən görsün, təklikdə də əncam vermə.
 
== Ö ==
*Ölənlərinizin yaxşılıqlarını yada salın və pisliklərinə göz yumun.
*Övladlarınız arasında oğlanla qıza fərq qoymayın, fərq qoymaq lazım gəlsəydi, mən qızları üstün tutardım.
*Öz ümmətin üçün hər şeydən çox danışdıqda mahir olan münafiqlərdən qorxuram.
*Öz sübhünüzü sədəqə verməklə başlayın, çünki bəla sədəqənin üstündən keçə bilmir.
*Öz qardaşına baxıb mehribanlıqla gülümsəmək – savabdır; insanı xeyirxah hərəkətlərə sövq etmək və qanunsuz işlərdən çəkindirmək savabdır. Nabələd adamlara yol göstərmək və korlara kömək etmək savabdır.
*Özünüz necəsinizsə, o cür də idarə olunursunuz. Başçınız öz içərinizdəki adamlardan çıxır.
*Özünüz yemədiyinizi yoxsullara yedirməyin.
 
== P ==
*Paxıl o şəxsdir ki, adım çəkiləndə mənə salavat göndərmir.
*Peyğəmbər ona cavab verdi: “Nə danışdığına fikir ver”. Həmin şəxs dedi: “Vallah mən səni sevirəm”, - bu sözləri üç dəfə təkrar etdi. Məhəmməd peyğəmbər ona dedi: “Əgər doğru deyirsənsə kasıblığa hazırlaş, çünki bu dənizə axdığı kimi yoxsulluq da məni sevənləri yaxalayır”.
 
== S ==
[[Şəkil:Rose feucht.jpg|thumb|right|220px|Sübh tezdən ruzi və hacət dalınca gedin, çünki tezdən durmaq bərəkət və qurtuluşa səbəbdir.]]
*Salamlaşın ki, aranızdakı sevgi və məhəbbət artsın.
*Sədəqə var-dövləti artırar.
*Sübh tezdən ruzi və hacət dalınca gedin, cünki tezdən durmaq bərəkət və qurtuluşa səbəbdir.
*Sədəqə verməklə mal azalmaz.
*Siz öz Yaradanınızı sevirsinizmi? Əgər sevirsinizsə, onda hər şeydən əvvəl öz qardaşalrınız olan insanları sevin.
*Sizdən aşağı olan adamlara baxın; bu sizi İlahinin xeyir-duasına etinasızlıqdan qoruyar.
*Sizinkindən daha çox sərvəti və gözəlliyi olan adamı görəndə sizdən kasıb və çirkin olanlar haqqında düşünün.
*Sizin qiymətiniz yalnız behiştdir, özünüzü ondan ucuzuna satmayın.
*Sizin ən yaxşınız dünyada daha rəğbətsiz, axirətdə isə daha rəğbətli olanınızdır.
*Sizin ən yaxşınız ən gözəl xasiyyətlinizdir, o kəsləriniz ki, özləri başqaları ilə ünsiyyət tuturlar, başqaları da onlarla ünsiyyət tuta bilir.<ref>Tuhəful-Uqul, səh.45</ref>
 
== Ş ==
*Şərab günahların məcmusudur.
 
== T ==
*Tanışlarınızdan biri öldüyü zaman onu rahat buraxın və haqqında pis danışmayın.
*Tərəzidə gözəl xasiyyətdən daha ağır gələn heç bir şey yoxdur.
*Torpağın sürtülməsi dəmiri təmizlədiyi kimi Allahı yaddan çıxarmamaq da insanın ürəyini təmizləyir.
 
== V ==
*Varlıların yediyi, fəqirlərin isə məhrum olduğu toy xörəyi necə də pisdir.
*Vətəni sevmək imandandır.
 
== Y ==
*Ya Əli, dörd əməl hədər və artıqdır: doyduqdan sonra yemək, gündüz işığında çıraq yandırmaq, şoran torpağa toxum əkmək, qədirbilməzə yaxşılıq etmək.
*Ya öyrədən ol, ya öyrənən ol, ya dinləyən ol, yaxud da bunları sevən birisi ol.
 
== Z ==
*Zəngin, çox mala sahib olana deyilməz, zəngin ürəyi olana deyilir.
 
==Digər==
Palma ağacı altında yatan Məhəmməd peyğəmbər qəfildən oyanır, başının üstündə qılın oyanadan düşməni Dyuturu görür. Dyutur qışqırır: “Aha, Məhəmməd, indi səni ölümdən kim xilas edəcək?” Məhəmməd peyğəmbər: “Allah”, - deyə cavab verir. Dyutur qılıncı aşağı salır. Məhəmməd peyğəmbər cəld qılıncı götürü və eyni ahənglə qışqırır. “Hə, Dyutur, indi səni ölümdən kim xilas edəcək?” Dyutur “Heç kim” – deyə cavab verir. “Yaxşı bil, səni elə həmin Allah xilas edəcək” – deyə Məhəmməd peyğəmbər qılıncı ona qaytarır.
Və bundan sonra Dyutur peyğəmbərin ən sədaqətli dostlarından birinə çevrilir.
***
Ya Rəbbim! Səni, eləcə də kimi sevirsənsə onu sevməyim üçün mənə məhəbbət bağışla; elə et ki, mən sənin məhəbbətinlə işlər görə bilim: elə et ki, sənin məhəbbətin mənə özümdən, ailəmdən və var-dövlətimdən daha qiymətli olsun.
***
İnsanlara acı və xoşagəlməz olsa da, həqiqəti deyin.
***
Məhəmməd peyğəmbər demişdir: “Zalım və ya məzlum olmasına fərq oymadan müsəlman qardaşına kömək et”. Peyğəmbərdən “əgər o zalımdırsa biz ona necə kömək edə bilərik?” – deyə soruşublar. Məhəmməd peyğəmbər cavab vermişdir: “Zülmkara zülmdən qorunmaqda kömək et”.
***
Allah dedi: “Yaxşı iş görən, istədiyim adama mən onqat yaxşılıq edərəm; yamanlıq edənlər isə əgər mən onları bağışlamasam, eyni miqdarda əvəz alacaqlar; və kim mənə bir qarış yaxınlaşmaq istəsə mən oan bir qulac, kim bir qulac yaxınlaşmaq istəsə, mən ona 12 qulac yaxınlaşaram; kim mənə doğru bir addım atsa, - mən də ona tərəf qaçaram; mənə itaət edən günahlar işləmiş adam hüzuruma gəlsə, ona bağışlamağa hazır duraram”.
***
İlahi! Həyatımda məni yoxsulluqda saxla və izin ver yoxsulluq içində ölüm.
***
Kim öz əməyi ilə qzandığı az gəlirli başqasına çox yardım göstərirsə - bu, Allahın mərhəmətinə layiq xeyirxahlıqdır.
***
Heç kəs Allah xətrinə olduğu acı sözdən yaxşı içki içməyib.
***
Özünə arzuladığını qardaşına da arzu etməyən adam həqiqi mömin ola bilməz.
***
Cəhənnəm həzzlər arxasında, cənnət isə zəhmət və mərhumiyyətlər arxasında gizlənir.
***
Allah deyir: “Ey insan! Yalnız mənim qanunlarıma riayət etsən məni iş görmüş olarsan və deyərsən: “Olacaq, - özü də belə olacaq”.
***
Artıq qida və içki ilə ürəyini pldürmə.
***
Mələklər dedilər: “Ay Allah! Sənin yaratdıqlarının arasında daşdan bərk bir şey varmı?” Allah dedi: “Var, dəmir daşdan bərkdir, çünki o, daşı əzir”. Mələklər dedilər: “Ay Allah! Sənin yaratdıqlarının arasında oddan qüvvətli bir şey varmı?” Allah dedi: “Var, su oddan qüvvətlidir, çünki o, yanğını dayandırır və odu söndürür”. Onda mələklər dedilər: “Ay Allah, bəs yaratdıqlarının arasında sudan qüvvətli bir şey varmı?” Allah dedi: “Var, külək sudan qüvvətlidir – o, suyu dalğalandırır və qovur”. Onlar dedilər: “Allah Sənin yaratdıqlarının arasında küləkdən qüvvətli bir şey varmı?” Allah dedi: “Var, Adəmin xeyrirxah uşaqları: sağ əlin verdiyini sol əldən gizlədənlər hər şeyə qalib gələcəklər”.
***
Allah deyir: “Mən heç kimə məlum olmayan bir xəzinə idim. Məlum olmağı istədim və ona görə insanı yaratdım”.
***
Heç kəsin dalınca daşınma. Əgər biri sənin dalınca danışır və eybini göstərirsə, o adamda bildiyin nöqsanların üstünü açma.
***
Nə qanunidirsə, - aydındır. Və qanuni deyilsə, - o da aydındır; lakin bu və ya başqaları arasında şübhə doğuranlar da var. Nə vaxt sənə belə şübhəli şey rast gəlsə, özünü saxla və heç nə eləmə.
***
Kim Allahın yaratdığını lütfkardırsa, Allah da ona mərhəmətlidir; odur ki, yer üzündə həm xeyirxah, həm də qəddar adama qarşı lütfkar ol, - qəddar adama qarşı lütfkar olmaq – onu şərdən çəkindirməkdir.
***
Ən ali inam nədən ibarətdir? – Sualına Məhəmməd peyğəmbər belə cavab vermişdir: “Özünə arzu etdiklərinin hamısını başqalarına arzula ki, onlar həmişə sənə arzu etsinlər və özünə istəmədiklərini başqalarına arzulama”.
***
Hər bir mömin müsəlman səadətini sınamaq istəyəndə gərək onun səlahiyyətində olmayanları nəzərə almayasan.
***
Allah yanları divarlı, üstünə pərdə çəkilmiş açıq darvazalı düz yol yaratdı... Bu yolun başlanğıcında duran icraçı deyir: “Yolla düz gedin və heç yana dönməyin”. Ondan yuxarıda duran isə bütün qapıya doğru yönələnlərə başqa söz deyir: “keçməyin, keçsəniz şübhəsiz ki, yıxılacaqsınız”. Və bu yol həyat yoludur; on açılan darvazalar Allahın qadağa etdiyi işlərdir. Qapıları örtən pərdələr Allah tərəfindən qoyulan sərhədlərdir; birinci icraçı Allahın sözüdür, ikinci isə hər bir mömin ürəyində Allahın özüdür?.
***
Sədəqə vermək hər bir möminin borcudur. Onun üçün vəsait tapmayan qoy xeyir işlər görsün və yamanlıq etməkdən çəkinsin, bu da onun sədəqəsi olacaq.
***
Hər bir şəhvətli görüş-zinakarlıqdır, nə vaxt qadın ətirlənir və ehtiraslı baxışlarla özünü gözə soxmaq üçün kişilərin iştirak etdiyi məclisə gedir, o, - zinakardır.
***
Məhəmməd peyğəmbər bir dəfə Vəbişaha dedi: “Doğrudur ki, sən məndən nəyin xeyir, nəyin şər olduğunu soruşmağa gəlmişdin?”, “bəli, - cavab verdi, - mən elə onun üçün gəlmişdim”. Məhəmməd peyğəmbər barmaqlarını ətirli maddəyə-miroya salıb onun sinəsinə toxundurdu və dedi: “Nəsihəti öz ürəyindən al”. Bunu o, üç dəfə təkrar etdi və sonra dedi: “Xeyir iş – sənin ürəyinə toxtaqlıq və rahatlıq verəndir, amma şər, başqa adamlar sənə bəraət qazandırdığı vaxtda, səni şübhəyə salanlardır”.
***
Əgər inamınız yoxdursa, siz Allahın dərgahına gedə bilməzsiniz; necə ki, bir-birinizi sevmirsiniz, siz öz inamınızı yerinə yetirə bilməzsiniz.
***
Mülayimlik və itaətçilik həqiqi inamın, boş danışıq və bəzək-düzək riyakarlığın nəticəsidir.
***
Hirsli adamla birlikdən təklik yaxşıdır; xeyirxah adamla birlik isə təklikdən yaxşıdır. Bildiyini öyrənmək istəyənə demək susmaqdan yaxşıdır, susmaq isə boş danışıqdan yaxşıdır.
***
Allah elə adama böyük mükafat verir ki, oz qəzəbini göstərməyə qabil olduğu halda boğur.
***
Hərəkətlər niyyətlərə görə mühakimə olunur.
***
Həqiqətin əsl icraçısı o adamdır ki, bədbəxtliyə dözümlü və incikliyi unudandır.
***
Həqiqi təvazökarlıq bütün fəzilətlərin mənbəyidir.
***
Təvazökarlıq və ismətdən ayrı inam ola bilməz.
***
Xeyir iş görməkdə inadkar olun.
***
Mən işığa can atırdım, işıqda da yaşayıram.
***
Müqəddəs o adamdır ki, xeyri görəndə allaha təşəkkür edir, bədbəxtliyə düçar olanda isə səbrlə onu aradan qaldırır; belələri Allah tərəfindən həmişə mükafatlandırılırlar.
***
Həqiqətən yolunu patan adamlar hərgah mübahisəyə qoşulmasalar həmin yoldan çıxmazlar.
***
Allahın ən böyük düşmnəni özlərini mömin adlandırılıb yalanla məşğulı olan və insanların qanını vəhşicəsinə soranlardır.
***
Məzahir - ədəbiyyatın birinci pilləsidir.
***
Ən müqəddəs müharibə odur ki, insan özünə qalib gəlir.
***
Bir saat görmək bir il sitayiş etməkdən yaxşıdır.
***
İbadət – möminin ruhunu ucaltmaqla onu Allaha qovuşdurur.
***
Ölüm dostları bir-birinə bağlayan körpüdür.
***
Mömin Allahın iradəsinə sədaqətlə və onun mərhəmətinə ümidlə ölür.
***
Gözün zinakarlığı – özgə arvadına ehtirasla baxmaqdır; dilin zinakarlığı – Allahın iradəsinə zidd danışmaqdır.
***
Adamların – kişi və qadınların Allaha xidmət əvəzinə zinakarlıq etmələri kimi heç nə Allaha zidd ola bilməz.
***
Allah o adamlara mərhəmətlidir ki, çörəyini minnətlə deyil, öz əməyi ilə qazanır.
***
Bədbəxtlik də mükafat həcmindədir. Başqa sözlə, kim nə qədər bədbəxt və uğursuzdursa onunmükafatı da o qədər tam və yüksəkdir.
***
Həqiqətən Allah adamı sevdiyi qədər də bədbəxt edə bilər.
***
Məhəmməd peyğəmbər öz məzhəbinə qovuşandan sonra sadəcə olaraq dedi: “Ya Rəbbim! Sənə inamda möhkəmliyim, düz yolla getməyə hazır olmağım, sənin gözündə mərhəmət qazanmağım və surətini qəlbimdə yaşatmağım üçün ibadət edirəm. İbadət edirəm ki, sən mənə nöqsandan xali olan günahsız ürək və doğru danışan dil verəsən. İbadət edirəm ki, nəyi fəzilət bilirsənsə, onu qəbahətdən qoruyub mənə verəsən, özünə agah olan günahlarımı bağışlayasan”.
***
Bilirsənmi ki, bizim inamımız mehvərindən qopur və onu sarsıdan nədir? Buna bais təfsirçilərin səhvləri, ikiüzlülərin sözləri və yolunu azaların hökmüdür.
***
Qadın – kişinin ikinci yarısıdır.
***
Bilik unudulanda zərər çəkir, lakin onu ləyaqətsizlərə verəndə tamam məhv olur.
***
Alim kimdir? Alim, nə etdiyini bilən adamdır.
***
Bizim inamımız adından və Quranın görkəkimdən başqa heç nə qalmayacağı dövr uzaqda deyil. O zaman məcsidlərdə artıq nə təlim, nə Allaha itaət olmayacaq. Onda alimlər Yer üzündə yaşayanların ən pisinə çevrilicəklər. Mübahisələr və çəkişmələr onlardan törəyəcək və onlarınözlərinə qayıdacaqdır.
***
Biliyə can atmaq hər mömin üçünAllah əmridir; lakin nalayiqlərə bilik öyrətmək donuzun boynuna mirvari, qiymətli daşlar və qızıl düzməkdir.
***
Öyüd-nəsihət üç cür olur: eləsi var ki, şübhə doğurmayan həqiqətdir – ona əməl et; eləsi var ki, yoldan çıxarır – ondan özünü saxla; eləsi də var ki, müəmmalıdır – onların izahını Allahdan istə.
***
Möminlərölmürlər, onlar yalnız fani dünyadan ədəbiyyata köçürlər.
***
Həqiqi möminlər uğurlu günlərində allaha minnətdarlıq edir və bəd ayaqda onun iradəsinə sığınırlar.
***
Allaha ümid et, amma dəvəni bağlamağı unutma.
***
Dünya və ondan olan nə varsa qiymətlidir; ancaq onların ən qiymətlisi-fəzilətli qadındır.
***
Şairlərdən heç biri Lebiddən doğru demeyib: “Onu bilirəm ki, allahdan başqa hər şey - illüziyadır”.
***
Ləyaqətsiz mömin hər cür şərəfi ləkələyir. O hamını lənətləyir, qeybətini qırır, mömininin ünvanına cürbəcür hədyanlar daşıyır.
***
İnsanlardakı, xüsusilə sizin özünüzdə olanlara bənzər nöqsanları üzə vurmaqdan və müzakirə etməkdən qaçın.
***
Daha çox susmaqdan və ruha toxunmamaqdan gözəl nə ola bilər?
***
Alt halda ehtiyatlı olun: danışanda həqiqəti danışın; verdiyiniz vədə əməl edin; borcunuzu vaxtında verin; fikirdə də, işdə də təmiz olun; hər cür zorakılıqdan əlinizi çəkin və bütün pisliklərdən uzaq olun.
***
Allahın məsləhəti belədir: sakit, mehriban və sadə olaq ki, heç kəs heç kəsi incitməsin.
***
Başqalarını istismara çağıran adam bizimlə ola bilməz; öz xalqını yalan danışmağa çağıran adam da bizimlə ola bilməz; özü özbaşınalığı möhkəmləndirməklə ölənlər də bizlərdən deyil.
***
Məhəbbətiniz sizi kar və kor edir.
Kim ki, özünə arzu etdiklərini öz qardaşlarına arzulamır, onun mükəmməl inamı yoxdur.
***
Özünü boşboğazlıqdan qoruyan, təmiz ürəyi və dili olmayan adam mömin ola bilməz.
***
Dini adətlərə əməl edilməsi acı dilin günahını yuya bilməz.
***
Mərhəmət və ibadətdən hansının yüksək olduğunu deyə bilərsinizmi? Bu – dostların barışığıdır. Çünki düşmənçilik və kinli olmaq insanı Allahın bütün mükafatlarından məhrum edir.
***
Allah yetkin və gözəl olan ağıldan yüksək heç nə yaratmayıb. Odur ki, güzəranı da ağıllılara verir; axı, Allahı dərk etməyin yolu da ağıldan keçir.
***
Allah mülayimdir, həlim yaranıb. O, yumşaq adama verdiyini qəddar adama verir.
***
İnsanları yıxıb sürüyən yox, onları kin-küdurətdən qoruyan adam əzəmətli və qüdrətlidir.
***
Var-dövlət dünya nemətlərinin bolluğundan deyil, ruhun gözütoxluğundan yaranır.
 
{{Vikilər