Cəlil Məmmədquluzadə: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 8:
 
 
C.Məmmədquluzadənin satirik "Atalar sözləri".
 
* Atı atın yanında bağlasan-xan görüb deyər: Birini bağışla mənə.
 
* Ata malı olan yerdə özün qazandığın haramdır.
 
* Adamın ölümü bikarların bayramıdır.
 
* Ata və arvada etibar etmə- hər ikisini qat tövləyə və qapısını bağla.
 
* Ac toyuq yuxusunda plov görər.
 
* Aclıqdan kimsə ölməz- qələt eləyir, çörək vermə.
 
* Açıq kağız ac qalmaz- küçələrimizin tozuna Allah bərəkət versin.
 
* Axşamın işini sabaha qoy, sabahın işini axşama.
 
* Adam yata- yata alim olur.
 
* Adama sözü min kərə deyərlər, qanmasa eybi yoxdur.
 
* Anlayana da qul ol, anlamayana da.
 
* Olacağa çarə yoxdurz. qoy hər nə olacaq olsun.
 
* Ölüdən şeytan da əl çəkər, arvadlar əl çəksə.
 
* Ölmə, eşşəyim, ölmə, yaz gələr, hürriyyət bitər.
 
* Uşağın şüurlusu dərsdən qaçar.
 
* Plovun yağlısını yeyən yaxşı fatihə verər.
 
* At at ilə boğuşar, hökümətin işi rast gələr.
 
* Eşşəyə gücü çatmır, müsəlmanı taptayır.
 
* İşləmək adamı puça çıxardar.
 
* İşsızlik dövlətlilik açarıdır.
 
* İkiarvadlı ev bərəkətli olar.
 
* Başladığın işi yarıda qoy.