Silinən məzmun Əlavə edilmiş məzmun
→‎Tarix: yeni bölmə
 
Redaktənin izahı yoxdur
Sətir 1:
== Tarix ==
 
* Barışıq tarixə yaddır. Onu təsvir etmək də çətindir, nə vaxt ki, şəhərlər yanmır, yaralılar və əsirlər inləmir, nə vaxt ki, analarından ayrı düşən körpələr ağlamır-səlnaməçilər susur". Oljas Süleymenov "Az i ya" əsərindən.,
* Dünya tarixi dahi insanların tərcümeyi halıdır. T.Karleyl.,
* Əgər mağara adamları gülməyi bacarsaydılar, tarix başqa yolla gedərdi. Oskar Uayld.,
* Əgər hər şey tarixə gedirsə, onda tarix hər şeydir. Konstantin Kuşner.,
* Kim təkrarsızlıqdan çox danışırsa, o, tarixi pis bilir. V. Şeebel.,
* Nə qədər ki, biz onu xatırlamayırıq, tarix təkrarlanır. Aleksandr Minçenkov.,
* Tarix baxışlarını keçmişə zilləmiş peyğəmbərlərdir. FFridrix fon fonridrix.Slegel, alman filosofu.
* Tarix bəşəriyyətin geniş və çoxcəhətli təcrübəsi, əsrlərdə insanların görüşüdür. Həyat üçün də son dərəcə faydalı olar ki, bu görüş qardaşlıq görüşü olsun. Mark Blok .,
* Tarix bir millətin qanını, haqqını, varlığını heç bir zaman inkar edə bilməz. Atatürk.,
* Tarix -bu gələcək haqqında elmdir. Konstantin Kuşner.,
* Tarix cinayətlərin, ağılsızlıqların və bədbəxtliklərin məcmusudur. Volter.,
* Tarix elmi keçmiş dövr səlnaməçilərinin inkişafdan qalmış "şagirdi" yox, cəsarətli və ədalətli tədqiqatçısı olmalıdır. Mişlen.,
* Tarix inkişafın başlıca amili, tərəqqini təmin edən ziddiyyətlərdir. İnsan həyatı üçün zəruri olan bütün dəyərləri qazanmaq insanın özünün xüsusi işidir. İ.Kant "Ən ümumi tarix ideyası" əsərindən.,
* Tarix kainatın vicdanıdır. Ömər Xəyyam.,
* Tarix keçmişə baxan peyğəmbərdir. FidridFidrix fon Şlegel,
* Tarix keçmişlərin təcrübə və müdrikliyini gənc nəslə çatdırır. Diodor,qədim yunan tarixçisi.,
* Tarix nəsə cinayətlərin, ağılsızlıqların və bədbəxtliklərin siyahısından daha böyük hadisədir. Eduard Gibbon, ingilis tarixçisi.
* Tarix o vaxt başlayır ki, artıq heç nəyi dəyişmək mümkün deyil. Vyaçeslav Verxovski.,
* Tarix ona görə təkrarlanır ki, ona heç kim qulaq asmır. Lorens Pitera,
* Tarix, oxuyana öz gözünün görmə dərəcəsinə görə yol göstərən bir bələdçidir”. Jan Jak Russo.,
* Tarix ölülər, dirilər və hələ doğulmayanlar arasındakı ittifaqdıır. E.Berk.,
* Tarix ruhun zamana görə inkişafıdır, tarixin öz məqsədləri vardır, bu məqsəd-azadlığın inkişafı, vətəndaş cəmiyyətində vətəndaşın azadlığıdır. F.Heygel "Tarix fəlsəfəsi" əsərindən.,
* Tarix təkrarlanır. Fukidid,
* Tarix təkrarlanır. Bu onun catışmazlıqlarından biridir. Klarens Stüard Darroy.,
* Tarix təkrarlanmır - sadəcə olaraq tarixçilər bir-birlərini təkrar edirlər. Klement F. Rocers.,
* Tarix yalnız müxtəlif dövr və zamanların bir-birini əvəzləməsi deyildir. Tarix yer üzündə yaşamış və köçüb getmiş insanların tarixi portretlərinin qalareyasıdır. D. Volkoqanov, rus hərbi tarixçisi.
Tarixin bizə verdiyi ən gözəl şey onun yaratdığı ruh yüksəkliyidir. İ.V.Höte.
== Mənbə ==
Aforizmlər və hikmətli sözlər. Baklı,2005