Deni Didro: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
k Bot: Migrating 29 interwiki links, now provided by Wikidata on d:Q448
Redaktənin izahı yoxdur
Sətir 1:
[[Şəkil:Louis-Michel van Loo 001.jpg|right|thumb|200px|Denis Diderot]]
[[Şəkil:Denis Diderot (Dimitry Levitzky).jpg|right|thumb|250px|'''''''Filosoflar heç din xadimi öldürməmişdir, halbuki din xadimləri çoxlu filosof öldürmüşdür.''''''''''']]
Deni Didro (1713-1784) - fransız filosofu və yazıçısı.
 
== A ==
 
* Ağlımız hakim, duyğularımız isə şahidlərimizdir. Ağıl həmin şahidlər vasitəsi ilə alınan şeyləri müqayisə edir. Ağıl həssasdır, o, müşahidəni mühakimə etməlidir.
* Ağılımız tanrının bir hədiyyəsi isə və inancımız haqqında eynisini fərz etsək, tanrı bizə uzlaşmayan, zidd iki hədiyyə vermişdir demək.
* Ataların pis vərdişləri övladların qüsurlarına çevrilir.
== B ==
* Bədəni öldürəndən qorxmayın; ruhu öldürəndən qorxun.
* Biliksizliklə heç vaxt öyünmək olmaz, biliksizlik gücsüzlük deməkdir.
* Biz yaxşıları mükafatlandırmaqla pisləri cəzalandırmış oluruq.
* Böyük bir meşədə itdim və önümü görmək üçün kiçik bir işığım var. Orada yanıma biri gəlir və deyir ki: "Qardaşım, yolunu daha yaxşı tapmaq üçün şamını söndür." O biri bir ilahiyyatçıdır.
== C ==
* Cəmiyyət insanlara düzgün təhsil-tərbiyə vermədiyindən onların çoxu həyatda öz yerini tapa bilmədiyindən məhv olurlar.
== D ==
* Dostumun qüsurları haqqında yalnız özüylə danışıram.
== E ==
* Elmi fikirlər beyinə dəmir mismarlar kimi yeridilməlidir ki, onları oradan heç bir qüvvə çıxara bilməsin.
== Ə ==
* Ədalətin ağlını itirdiyi yerdə fəlsəfə susar.
== F ==
* Fəlsəfəyə ilk addım inancsızlıqdır.
* Filosoflar heç din xadimi öldürməmişdir, halbuki din xadimləri çoxlu filosof öldürmüşdür.
== G ==
* Gülər üzlə deyilən bir yalanı bir anda udduğumuz halda, ağrılı gerçəyi ancaq damla damla uduruq.
== H ==
* Hər bir işdə məqsəd olmalıdır, məqsəd yoxdursa, heç nə eləmirsən; məqsəd kiçikdirsə, böyük işlər görü bilmirsən.
== İ ==
* İnsan bir şeyi mənfəətinə, xarakterinə, zövqünə, ehtiraslarına görə ya şişirər, ya kiçildər.
* İnsanı daş ya da ürəyi qırıq edən bu dünyadan gedirəm. Məni hara basdırsalar basdırsınlar.
Sətir 23 ⟶ 32:
* İnsanlar həmişə birinin arxasından qaçarlar, amma dönüb öz arxasınca qaçanlara heç baxmazlar.
* İnsanlar iki yerə ayrılır: tanıdıqca böyüyənlər, tanıdıqca kiçilənlər.
== K ==
* Mənə bəzi şeylərin ağlımızı aşdığını söyləsələr də, bu, axmaqlıqlara inanmağa gətirib çıxarmaz. Şübhəsiz ki ağlımızı aşan şeylər var, amma ağılımıza zidd olan hər şeyi və ona zidd olan nə varsa, cəsurca rədd edirəm.
* Kinli adamların həyatı dəhşətli olur.
== Q ==
* Qadın üzərinə yazı yazarkən qələmi göy qurşagına batırıb, mürəkkəbi kəpənək qanadlarının tozu ilə qurulayacaqsınız.
* Qüsur tapmaq üçün baxma birinə, tapmaq üçün baxsan taparsan, qüsuru örtməyi vərdiş etdir özünə, o zaman qüsursuz olarsan. Oxumasını bilirsənsə hər insanın bir kitab olduğunu görə bilərsən.
== M ==
* Mənə bəzi şeylərin ağlımızı aşdığını söyləsələr də, bu, axmaqlıqlara inanmağa gətirib çıxarmaz. Şübhəsiz ki ağlımızı aşan şeylər var, amma ağılımıza zidd olan hər şeyi və ona zidd olan nə varsa, cəsurca rədd edirəm.
== S ==
* Son hökmdar, son din xadiminin bağırsaqlarıyla boğulana qədər insanlar əsla azad olmayacaq.
* Səhv yola girdiyində, sürətləndikcə daha da itərsən.
== Y ==
* Yalanın faydası bir dəfə üçündür, gerçəyin faydası isə sonsuz və ölümsüz.
* Yalnız yaxşılıq etmək yetməz, yaxşılığı incəliklə də etmək lazımdır ...