Mustafa Kamal Atatürk: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 85:
* Millətin həyatı təhlükəyə məruz qalmayıbsa, müharibə etmək cinayətdir.
* Milli hiss ilə dil arasındakı bağ çox qüvvətlidir. Dilin milli və zəngin olması, milli hissin inkişafında başlıca faktordur. Türk dili, dillərin ən zənginlərindəndir. Yetər ki, bu dil şüurla işlənsin. Ölkəsini, yüksək müstəqilliyini qorumasını bilən Türk milləti, dilini də xarici dillər boyunduruğundan qurtarmalıdır.
* Milli müstəqillik elə bir nurdur ki, onun qarşısında zəncirlər əriyir, taxt-tac yanıb kül olur.
* Müəllim bir şama bənzər, özünü istehlak edərək başqalarına işıq verər.
* Müsbət elmlərin təməllərinə söykənən, gözəl sənətləri sevən, fikir tərbiyəsində olduğu qədər bədən tərbiyəsində də qabiliyyəti artmış və yüksəlmiş olan fəzilətli, qüdrətli bir nəsil yetişdirmək ana siyasətimizin açıq diləyidir.