[[Şəkil:Jmgz.jpg|right|thumb|150px|''Cəlil Məmmədquluzadə'']]
Cəlil Məmmədquluzadə - Azərbaycan yazıçısı.
== E ==
* Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən - həyatın məqsədi məhz budur.
*Ey mənim yüz il sonra dünyada yaşayacaq millətim! Əgər bir gün hardansa “Molla Nəsrəddin”in saralmış və cırılmış vərəqləri əlinə keçsə, onda mənim milləti nahaqdan tənqid etdiyimi fikirləşmə.
== Ə ==
* Əgər bilmək istəsəniz ki, kimə gülürsünüz, o zaman qoyun qabağınıza aynanı və diqqət ilə baxın camalınıza.
== M ==
*Məndən soruşsalar ki, dövlətdən, naz-nemətdən nəyim var, qürur hissi ilə deyərdim: Bütün kainatı, yer üzünü təsvir və tərənnüm etməyə qadir sözüm , ana dilim var.
C.Məmmədquluzadənin satirik "Atalar sözləri".
* Atı atın yanında bağlasan-xan görüb deyər: Birini bağışla mənə.
* Ata malı olan yerdə özün qazandığın haramdır.
* Adamın ölümü bikarların bayramıdır.
* Ata və arvada etibar etmə- hər ikisini qat tövləyə və qapısını bağla.
* Ac toyuq yuxusunda plov görər.
* Aclıqdan kimsə ölməz- qələt eləyir, çörək vermə.
* Açıq kağız ac qalmaz- küçələrimizin tozuna Allah bərəkət versin.
* Axşamın işini sabaha qoy, sabahın işini axşama.
* Adam yata- yata alim olur.
* Adama sözü min kərə deyərlər, qanmasa eybi yoxdur.
* Anlayana da qul ol, anlamayana da.
* Olacağa çarə yoxdurz. qoy hər nə olacaq olsun.
* Ölüdən şeytan da əl çəkər, arvadlar əl çəksə.
* Ölmə, eşşəyim, ölmə, yaz gələr, hürriyyət bitər.
* Uşağın şüurlusu dərsdən qaçar.
* Plovun yağlısını yeyən yaxşı fatihə verər.
* At at ilə boğuşar, hökümətin işi rast gələr.
* Eşşəyə gücü çatmır, müsəlmanı taptayır.
* İşləmək adamı puça çıxardar.
* İşsızlik dövlətlilik açarıdır.
* İkiarvadlı ev bərəkətli olar.
* Başladığın işi yarıda qoy.
{{Vikilər
| commons =
|