Mixail Bulqakov: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
k Bot: Migrating 12 interwiki links, now provided by Wikidata on d:Q835
Redaktənin izahı yoxdur
Sətir 1:
[[Şəkil:Bułhakow.jpg|thumbnail]]
 
Mixail Bulqakov - rus yazıçı.
 
== Aforizmləri ==
*Heç vaxt heç nə xahiş etməyin. Heç vaxt və heç nə! Xüsusən də sizdən güclü olanlardan. Özləri təklif edəcək və özləri hər şeyi verəcəklər.
 
*Sevən insan öz taleyini sevdiyi ilə bölməlidir.
 
*Xoşbəxtlik də sağlamlıq kimidir. Göz önündə olanda ona fikir vermirsən.
 
*İkinci təravət – bu cəfəngiyatdır. Təravət bir dəfə olur – birinci və sonuncu. Əgər ikinci təravət varsa, o içəridən çürükdür.
 
*Heç hara tələsməyən adam hər şeyi çatdırar.
 
*Həqiqət yalnız əzablarla gəlir. Bu həqiqətdir, narahat olmayın. Amma həqiqəti bildiyinə görə sənə nə pul ödəyirlər, nə də pay verirlər. Kədərli olan budur.
 
*Dünyada iki güc mövcuddur: dollar və ədəbiyyat.
 
*Qəddar insanlar yoxdur dünyada, ancaq xoşbəxt olmayanlar var.
 
*Siyasət ədəbiyyata müxalifətdə olduqca, yazıçı həmişə siyasətə müxalifətdə olacaq.
 
*Bəli, insan ölümlüdür. Lakin ən pisi odur ki, o bəzən qəfildən, ölümə fokuslanmadan ölür.
 
*Əlyazmalar yanmır.
 
*İnsanı geyiminə görə mühakimə etməyin. Siz çox böyük səhv etmiş olarsınız.
 
*Biz səninlə ayrı-ayrı dillərdə danışsaq da, bu danışdığımız şeyləri dəyişmir.
 
*Kim deyir ki, əsl və əbədi sevgi yoxdur. Bu yalana görə onun dilini kəsərlər!
 
*— Dostoyevski öldü.
— Etiraz edirəm! Dostoyevski ölümsüzdür!
 
*Özünüz də bilirsiniz ki, sənədsiz insana mövcud olmaq qadağan edilir.
 
*Kimə yönəlməsindən asılı olmayaraq, heç vaxt cinayət törətməyin, qocalığa təmiz əllərlə gedin.
 
*Dünyada dəyişdirilməsi mümkün olmayan şey – faktdır.
 
*Unutmayın, dil həqiqəti gizlədə bilər, amma gözlər heç vaxt.
 
*İnsanı atəş altında qovsan, o müdrik bir canavara çevriləcək. İnsanın ağlını çətin anlarında heyvani instinktlər əvəz edir.
 
*Heç yerə tələsməyən uğur qazanar.