Abdolbari Gozal: Redaktələr arasındakı fərq

iş adamı
Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni 'Abdolbari Goozal Azərbaycanın çox istedadlı insanları var çünki Azərbaycanda elmi və mədəni olaraq çox böyük zənginlik və dərinlik vardır. Cahilliyi...' ilə yarat
(Fərq yoxdur)

11:42, 12 avqust 2015 versiyası

Abdolbari Goozal


Azərbaycanın çox istedadlı insanları var çünki Azərbaycanda elmi və mədəni olaraq çox böyük zənginlik və dərinlik vardır.


Cahilliyi təhsillə, yoxsulluğu işləməklə, anlaşılmazlıqları güzəştlə aradan qaldıra bilərik.


Əgər insan, başqalarının dərdini hiss etmirsə, deməli insanlıqdan ona pay düşməyib.


İnamla çalışan insan bir gün mütləq uğur qazanacaqdır. İş həyatında insanın bir məqsədi, bir hədəfi olmalıdır və mənəviyyatını itirməməlidir.


Keyfiyyət insanın beynində olmalıdır.


Mən də 150 min nar ağacı əkmişəm. Deyirlər bu qədər ağacı neyləyirsən? –Dedim ki, “əkiblər yemişik, əkəcəyəm ki, yesinlər”. Bu da bir fəlsəfədir.


Mən qabarmış əlləri öpürəm, fəhlə əlini öpürəm, müftə yeyəni deyil.... Alının təri ilə əmək verərək, əli qabar olaraq özünü, ailəsini dürüst bir şəkildə dolandıran işçiyə aşıqəm.


...Təhsilin yüksəlməsi həm mədəniyyətin, həm də insanların rifahının yüksəlməsi deməkdir.


Ticarətdə əhatə dairəsinin böyük ya da kiçik olması vacib deyil əsas amillərdən biri etibardır.


Veriləcək heç bir şey təhsil qədər əhəmiyyətli və dəyərli deyildir.