<div ><small> '''<''' [[Azərbaycan atalar sözləri]]</small></div>
**Vaxt atlı, biz piyada.
**Vaxt insana hər şeyi öyrədər.
**Var var üstündən gələr.
**Var evi-kərəm evi,
**Yox evi, vərəm evi.
**Var günün dostu çox olar.
**Varlığa nə darlıq?!
**Varlının çörəyi kasıbın çənəsini yarar.
**Varlının malı, kasıbın övladı.
**Varlının torpağından çay keçər, kasıbınkından yol.
**Vay o kişinin halına ki, yeməyi, içməyi saxlaya arvadının sonrakı ərinə.
**Vay o gündən ki, adamın öz iti özünü tuta.
**Vay o gündən ki, varlı adam yoxsulun əlinə düşsün.
**Vəl gərək gözəl döyə, gözəldən buğda çıxa.
**Vətən viranə də olsa, məsəldir, məhz cənnətdir.
**Vətəndən ayrı ayrı düşsəm, viran ollam, talannam.
**Vətən həsrəti çəkdim, gözlərimə qan gəldi.
**Vurur daşa, çıxır başa.
**Vuruşun kor vuruşuna oxşamır.
[[Kateqoriya:VSitatAzərbaycan atalar sözləri|V]]
|