Türklər: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 9:
* Türk əsgəri cəsurdur. Ana vətənini sevər və onun üçün lazım olsa çəkinmədən canını fəda edər. Albert Eynşteyn
* Türk qorxmaz, qorxudar. Bir şey istəsə, onu etmədikcə imtina etməz. Hansı işə əl atsa, bacarar. Səmama İbni Əşrəş
* Türklər, şübhəsiz ki, Avropa tarixinin və yaxın Asiya tarixinin bildiyi ən xalis əfəndi millətdir. Kayzerling
* Türklər yaltaqlıq, yalan, ikiüzlülük, böhtan, hiyləgərlik, yaxınlarına təkəbbürlük, yoldaşlarının sıxışdırılmasının nə olduğunu bilməzlər. Onlar bidətçilik qüsuruna məruz qalmamış, qanunlarına görə başqasının əmlakını mənimsəmirlər. [[Əl-Cahiz]], ərəb filosofu, nasir
* Türklərdən bəhs edirəm... Düşməninə hücum edərkən amansız bir qasırğaya, qorxunc bir dənizə və insafsız bir ildırıma bənzəyən Türk; dost yanında və silahsız düşmən qarşısında bir səhər yelidir, sakit bir göldür. Türkü incitdiyin zaman könül açan bu yel bir ildırıma, göz qamaşdıran bu göl coşqun bir dənizə çevirilir. [[Torkvato Tasso]] İtalyan şair
* Türklərin ruhu yenidən parlayacaq və silah işlətmək üçün doğulan bu qəhrəman millətin tarixi keçmiş işığını tapacaqdır - [[Feldmarşal von Moltke]], Almaniya ordusunun Qərargah rəisi
* Türklərin sevdikləri birinci şey haqq və həqiqətdir və heç bir haqsızlıq etmədikləri halda, haqsızlığa uğramışlar. Uilyam Pitt
* Türklərin ürəkləri təmizdir. Onlarda batil fikirlər, sadə düşüncələr yoxdur. Səmama İbni Əşrəş (Ərəb səyyahı)
[[Kateqoriya:Mövzular]]