Oğul: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 2:
* Biz nifrəti əritmək, məhəbbətin adını ucaltmaq üçün yola çıxdıq, oğul! Ancaq zər qədrini zərgər bilər. Sözünü adamına görə söylə. Cahil qarşısında daş-qaşını çirkaba atma. İgid kordur, pisliyi görməz. Kardır, kəm sözü eşitməz. Laldır, hər ağzına gələni danışmaz. Bildiyini də hər yerdə ayaqlar altına sərməz. Yunus kimidir o, ürəyi məhəbbətə, qəlbi həqiqətə köklənib...
* Bu yolda nəzərlərimizi əbədiyyətə dikib böyük yaşamalı, böyük ölməliyik. Bu yolda hərislik tikan, mənəm-mənəmlik və təkəbbür isə çəpərdir, oğul!
== G ==
* Gözünü əbədiyyətlərə dik, oğul! Bir də unutma ki, hər şeyin öz vaxtı var. Vaxtsız banlayan xoruzun başı kəsilər.
[[Kateqoriya:Mövzular]]