Oğul: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 5:
* Gözünü əbədiyyətlərə dik, oğul! Bir də unutma ki, hər şeyin öz vaxtı var. Vaxtsız banlayan xoruzun başı kəsilər. [[Şeyx Ədabali]]
* Güclüsən, ağıllısan. Ancaq bütün bunlardan harada, necə istifadə edəcəyini bilməsən, tez məhv olarsan. Vaxt gələr, bir yumruğunla dağları aşırarsan, vaxt da gələr, yerdəki qarışqaya məğlub olarsan. Güc heyvanda da var. Ağıl isə yalnız açardır. Bu açarla açacağın qapıları yaxşı tanı. O qapıların arxasında xəzinələr, o qapıların arxasında sirlər var. O sirlər ki, qoynunda əbədi müjdələr yatır. O sirlər ki, insanı əbədiyyətə qovuşdurur. Dünyada ikən cənnətin qapılarını aç, oğul! [[Şeyx Ədabali]]
== Q ==
* Qəzəb od, qəzəb fəlakət, qəzəb şeytandır, oğul! İnsanoğlu dağları devirər, ancaq qəzəbinə məğlub olar. Qəzəb mənəm-mənəmliyin qidasıdır. Mənəm-mənəmlik olan yerdə iradə çəkilib gedər. İradəsiz insanın isə ruhu ölüdür.
[[Kateqoriya:Mövzular]]