Rəşid Nurməmmədov
Qoşulma tarixi: 1 iyul 2014
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 42:
Adları dəyişdirilən səhifələrdə, Alqayıt istisna olmaqla, aforizmlərlə, müdrik sözlər və el deyimləri ilə bağlı heç bir sətir də olsun fikir səslənməmişdir. Siz həmin səhifələri bərpa edib orada yazılanların vikisitatın tələblərinə cavab verib vermədiyini asanlıqla yoxlaya bilərsiniz. Mən təkcə həmin adları dəyişməmişəm, türk, ingilis, rus dilli vikisitatlarda aforizmləri yerləşdirilən insanların fikirləri ilə əvəz etmişəm. Təəssüf ki, Vikisitatda hətta vulqar ifadələrə və söyüşlərə də də təsadüf etmiş və onları da aradan qaldırmağa çalışmışam. Qocaman el sənətkarı ilə bağlı aşağıdakıları bildirmək istərdim:
Doğma el-obanın intizarı təkcə insanları göynətmir, sakinlərinin nəvazişinə, nəfəsinə həsrət qalmış ağacı da qurudur. Bir ovuc yovşan, boynu bükük bəşövşə, suyu qurumuş bulaqlar düşmən, yağı əlində əsir qalmış o eli xatırladır. Dədə-Qorqud dastanlarından günümüzə qədər sahibsiz qalmış yurdda boz qurdun ulaması da Vətən həsrətinin yanğısıdır. Zaman bizi o yurddan uzaqlaşdırdıqca. Bu həsrət adi deyimdən,- bir nəfərin həsrəti səviyyəsindən yüksələrək aforizmlər, bayatılar, el deyimlərinə çevrilir, minlərlə insanın qəlbinə nüfuz edir.
Alqayıt qüdrətli sənətkarımızdır. Onun yaradıcılığı hələ yüz illər boyu Azərbaycan ədəbiyyatının
[[İstifadəçi:Rəşid Nurməmmədov|Rəşid Nurməmmədov]] ([[İstifadəçi müzakirəsi:Rəşid Nurməmmədov|müzakirə]]) 12:57, 19 fevral 2016 (UTC)
Hörmətli Cekli829. Aforizmlər, müdrik sözlər, xalq deyimləri insan yaddaşının zamanın sınağından çıxmış məhək daşıdır. Kimlərinsə, deyilişi gözəl görünən ifadələri aforizm hesab oluna bilməz. Əgər saxtakar axtarırsınızsa, istər vikipediyada, istərsə də vikisitatda belələrini (xüsusilə Azərbaycan həqiqətlərini, Azərbaycan tarixini saxtalaşdıran) asanlıqla tapa bilərsiniz. Hörmətlə, [[İstifadəçi:Rəşid Nurməmmədov|Rəşid Nurməmmədov]] ([[İstifadəçi müzakirəsi:Rəşid Nurməmmədov|müzakirə]]) 13:26, 19 fevral 2016 (UTC)
|