Əlif Şəfəq: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
k Bot: Migrating 6 interwiki links, now provided by Wikidata on d:Q270739
Redaktənin izahı yoxdur
Sətir 1:
[[Şəkil:ElifShafak Ask EbruBilun Wiki.jpg|right|thumb|200px|Əlif Şəfəq]]
 
{{TOC sağ}}
 
== A ==
* Artıq sənə yaza bilmərəm, amma səni yaza bilərəm.
== B ==
* Bəlkə eşq sevgilini qazanmaq deyil, onda özünü itirməkdir.
* Bəzən qəfil yaralanarıq. Amma hər yara sağalar. Əvvəl-axır qabıq bağlayar, üstü örtülər. Gözlərdən gizlənər. Çünki heç bir yara görünmək istəməz.
* Bir anın doğması üçün, bir anın ölməsi lazımdır. Yeni bir “mən” üçün köhnənin quruyub solması kimi.
* Bir insana sirrinizi verdiyiniz zaman azadlığınızı da verərsiniz.
 
== D ==
* Dəyişdiyimi deyirlər. Xeyir! Qəbul etmirəm. Mən sadəcə bir pillə qalxdım, artıq uzun-uzun susa bilirəm.
 
== E ==
* Eşqin heç bir tərifə ehtiyacı yoxdur; başlı başına bir dünyadır eşq. Ya düz ortasındasan-mərkəzində; ya da xaricindəsən-həsrətində.
 
== Ə ==
* Ədəb həddini aşmamaq, qəlb qırmamaqdır. Dedi-qodudan, haqsızlıqdan və ittihamdan uzaq durmaqdır. Bilmədiyin məsələ ilə bağlı susmaq, bildiyin məsələdə ehkam kəsməməkdir ədəb. İnsan ayrıseçkiliyi etməməkdir. Həddini aşmamaqdır.
* Əlimdə olsa cənnəti alova verər, cəhənnəmi də bir qab su ilə söndürərəm ki, geridə qalan eşq daimi olsun.
* Əsl dostluqlar ortaq zənginliklər üzərində deyil, ortaq yoxsulluqlar üzərində qurulanlardır.
 
== G ==
* Gözəl gündəliklərim vardı. Bir də heç vaxt gündəliklərim qədər gözəl olmayan günlərim.
* Günlər günləri qovalayır. Günlər günləri eynilə təkrarlayır. Yorulurlar. Yaşamaqdan deyil, yaşaya bilməməkdən yorulurlar.
== H ==
* Hansı tərəfə gedirsən get. Şərq, Qərb, Şimal və Cənub, çıxdığın hər səyahəti içinə etdiyin bir səyahət olaraq düşün. Öz aləminə səyahət edə bilən adam sonda Yer kürəsini gəzər.
 
== X ==
* Xəyalımdakı səni görsən qısqanarsan.
 
== İ ==
* İçimin tunellərinə girən kimi bir fənər alıram əlimə. Buralar çox qarışıqdı. Neçə dəfə gəlmişəm. Yenə də həmişəki kimi itirəm.
* İndi hər kəs sussun! Bir az da hüzur danışsın. Çünki o bu günə qədər heç özündən bəhs etdirmədi.
* İnsan neçə həyat yaşayandan sonra yorular? Neçə ildən sonra yaşlı, neçə məğlubiyyətdən sonra bezgin, neçə sevdadan sonra qəlbsiz, neçə kəlmədən sonra lal olar?
 
== K ==
* Kitab hələ də müqəddəsdir mənim üçün. Söz hələ də mühüm və hərf hələ də müəmmadır.
== Q ==
* Qəhvə eşq kimidir, nə qədər səbir və diqqət göstərsən dadı o qədər gözəl olar.
 
== M ==
* Mən qapalı sandığın içində gün işığına çıxmağı gözləyən dəfinə deyiləm. Zatən mənə verəcəyin sualların aşağı-yuxarı bütün cavabları səndə gizlidir. Məni kəşf etməyə çalışmağını da, kəşf etdiyini zənn etməyini də istəmirəm. Hələ heç bir zərrə belə özümüzü tanıya bilməmişkən bir-birimizi tanımaq məcburiyyətində deyilik.
 
== N ==
* Necə ki, insan ağzında yediyinin dadını yox etməmək üçün heç bir şey yemək istəməz, o da son gördüyü görüntünü itirməmək üçün yeni bir şeyi görmək istəmirdi əslində.
* Nə qədər silirsən sil, ya dəftərin cırılar, ya da cümlələrin izi qalar.
== Ö ==
* Ölüm reallığını itirir; itənlər statistikaya, atışmalar xəbərlərə çevrildiyində.
 
== S ==
* Sənin üçün deyildi o qədər etdiyim şeylər, sadəcə sən zənn etdiyim biri üçün idi.
== Y ==
* Yaşadığın həyatı sevmək üçün bir səbəbin yoxdursa, sevirmiş kimi davarnma.
 
== ... ==
* Biri var məni ağladan.. Güldürənlərdən daha çox sevdiyim...
* Eşq deyə bir şey yaşayıram. Nə tək tərəfli deməyə dilim var. Nə də qarşılıqlı olduğuna sübutum.
Sətir 20 ⟶ 75:
}}
 
[[Kateqoriya:ŞəxslərTürkiyə yazıçıları]]
[[Kateqoriya:TürklərTürk yazıçılar]]
[[Kateqoriya:Yazıçılar]]