Vudi Allen: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 7:
== B ==
* Bol xardallı, sosiskalı sendviçi gözünüzün qabağına gətirin… Artıq belə şeylər yemirəm. Təxminən 45 ildir dilimə dəymir. Ləzzətli şeyləri yox, sağlam olan şeyləri yeyirəm.
== E ==
* Evlilik üçün “dava etməyi bacarmaq lazımdır” deyirlər. Məndən soruşsanız, bu tamamilə müdrikliklə bağlı şeydir. Bərabər yaşayan insanlar mübahisə edə bilərlər, bu tamamilə təbii bir şeydir. Gənc olanda bu mübahisələr alovlanar, tərəfləri birləşdirən bir nöqtə tapmaq qeyri-mümkün olur. Qısası, iş cığırından çıxmağa yaxınlaşır. Ancaq yaşlandıqca başa düşürsən ki, bu mübahisə də bitəcək. Bəli, bir-birinizi başa düşmürsünüz, amma bu dünyanın sonu demək deyil. Məhz burda təcrübə öz sözünü deyir.
 
== Ə ==
* Əgər dünyaya istedadlı biri kimi gəlmisinizsə, bunu uğur kimi qiymətləndirməyiniz doğru deyil.